Robertə “dişini qıcayan” cırtdan... YAZI
"Qarabağ” və "Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının "bumu” azalmadan, yığmamız San-Marino ilə seçmə mərhələdə üz-üzə gələcək. Öz çıxışlarında millinin baş məşqçisi Robert Prosineçki "çox artırdığımızı” deyib. Nədənsə artıra-artıra gedən millimiz reytinq cədvəlində əks istiqamətdə sürətlə irəliləyir. Bəli, reytinq cədvəlinin ölçü olmadığını bizdə bilirik. Millimizi məğlub edən Lixtenşteyn üzərində qələbə qazanan rəqibimizlə matçda bizləri nə gözləyir? "Havalı” xorvatın problemlərinin başından aşmasına baxmayaraq onun öyrətdikləri kimi danışmasına peşman edə bilərlər. Oyun praktikası olmayan yığma üzvlərinə güvənən Robert hocanın diqqətinə çatdırmaq istəyirik ki, San-Marino ilk xalını Türkiyə millisi ilə görüşdə qazanıb. Özüdə onda türklər Zepp Piontek kimi sayılıb-seçilən mütəxəssisin rəhbərliyi altında çıxış edirdi. Bu cırtdan ölkənin ayağı top tutan 11 nəfəri seçmə mərhələlərdə cəmi bir tskildə meydanı qol vurmadan tərk edib. Sonradan darmadağın olsa da, İngiltərə ilə oyunda isə hesabı açan tərəf olub. Riqada və Vadutsda bu "müqəddəs dövlətin” yığmasının əldə etdiyi xallar isə tarixi bir olaydı. Almaniyanın divan tutduğu(San-Marino-Almaniya 0-13) 32 minlik ölkənin futbolçularının AVRO-2016-nın seçmə mərhələsində Estoniyanı evdə büdrətməsi(0-0) qətiyyən unudulmamalıdı. Bunları yaxşı-yaxşı araşdır Robert hoca, yoxsa Vaqif Sadıqovla birlikdə "şərəf” zalında yerini alacaqsan. Hər şeyin bizim üçün yaxşı bitəcəyi arzusu ilə...
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |