Vasilyeva yığmamızın üzvünə:"Murdar qanını döşəmədən sil!"... ŞOK
"Xalçadan paltardəyişmə otağına kimi döşəmə qana bulaşıb”
Gimnastika ictimaiyyəti get-gedə oyanır. Neçə ildi haqsızlıqla üzləşənlər, ancaq hər dəfə Mehriban Əliyevanın adını çəkib, onları qorxutduqları üçün susanlar bir neçə məşqçinin cəsarətli müsahibəsindən sonra ürəklərini boşaltmaq qərarına gəliblər. Bu da Mariana Vasilyevanın gimnastikadan kənar şəxslərə qaranlıq qalan bütün qeyri-insani davranışlarını bir-bir üzə çıxarmağa imkan verir. Əminik ki, hər dəfə bu yazıları oxuyanda siz də dəhşətə gəlirsiz. Bəlkə də "bir insan bu qədər vicdansız ola bilərmi?”, - deyə fikirləşirsiz. Ondan zara gələnlər hətta "feysbuk”da rusca "Azərbaycan gimnastikasını xilas edin” adlı səhifə də açıblar. Orda Vasilyevanın çirkin əməllərinin bir qismi qeyd olunub. Səhifədə diqqət çəkən videolardan biri bədii gimnastika yığmamızın baş məşqçisinin yarışların birində Ayşən Bayramovanı xalçaya göndərməzdən əvvəl qəribə hərəkətlər etməsidi. Belə ki, çalışdırıcı idmançının qulağını dartmaqla yanaşı, arxasından bir neçə dəfə vurur. Videodan onun bu hərəkətlərinin Bayramovanı incitdiyi aşkar görünür.
Ümumiyyətlə, bolqar mütəxəssisin zorakılığı sərhəd tanımır. Bu dəfə vaxtilə yığmamızda çıxış etmiş və böyük perspektiv vəd edən Ləman Dadaşlının başına gələnlərdən xəbər tutacaqsız. Sabiq milli üzvünün anası Sevil Manaflını dinləyək: "Qızım 9 yaşından gimnastikayla məşğul olur. 2010-cu ildə yeniyetmələrdən ibarət yığmamıza cəlb olundu. 2011-in mayına kimi millidə hazırlıq keçirdi. Avropa çempionatına hazırlaşırdı. Yarışa 7 ay qalmış komandadan uzaqlaşdırdı. Adını da qoydu ki, guya qızımın psixologiyası yerində deyil. AÇ-yə 7 ay qalmış qızımın yerinə Marina Durundanı gətirdilər. Federasiyaya şikayət etsək də, baxan olmadı. Qızımı həm döyürdü, həm də söyürdü. Başqa yerli qızlara da belə davranırdı. Qızımın ağzını partladırdı, köynəyi qan olurdu. Mən bilməyim deyə orda köynəyini yuyub evə gəlirdi. Qan ləkəsini görəndə də deyirdi ki, alət üzümə dəyib, qan düşüb. Uşaqlara hədə-qorxu gəlirdi ki, evdə deməyin. Bunu desəz, valideynlərinizi ölkədən qovduracağıq. Qızımın 12-13 yaşı var idi, inanırdı dediklərinə. Ona görə başına gələnləri demirdi. Qızım Sumqayıtdan Bakıya gedib-gəlirdi. Amma ona pul verilmirdi. Halbuki yığma üzvü kimi maaş almalıydı. Lalə Yusifovaya da pul verilmirdi. O da çox kasıb ailədən çıxmışdı. Qızımla araları yaxşı idi. Hərdən oturub ağlayırmış ki, cəmi 20 qəpiklə evə gedib-gəlirəm. Amma yenə də Mariananın qorxusundan səsini çıxarmırdı. Maaş verməkləri bir yana dursun, hətta idman gödəkçəsi üçün də bizdən 80 manat pul aldılar.
2011-də yığmadan çıxdıqdan sonra Vasilyeva demişdi ki, səni heç bir məşqçi götürməyəcək. Vəfa Hüseynova başqa sahədə işləməsini məsləhət gördü. Amma "Spartak”ın məşqçiləri – Natalya Nərimovanə və Nurlana Əlizadə Ləmanı himayələrinə götürdülər. Onların rəhbərliyi altında uğurlar qazanmağa başladı. Bundan sonra Vasilyeva Ləmanı 2-ci dəfə yığmaya dəvət etdi. 2013-ün əvvəlində qrup komandasına cəlb edildi. Gördüm ki, yenə eyni şeylər təkrarlanır. Guya pəhrizdədi deyib, qızıma yemək yeməyə, istirahət etməyə imkan vermirdi. Bu da uşağın psixologiyasına təsir edirdi. Səhər tezdən axşam 9-a kimi zalda məşqdə olmalıydı. Bəzən heç ayaq yoluna getməyə belə imkan vermirmiş. Nə var, nə var, gedər birdən su içər. Səbəbini də soruşanda "mən səninlə məzələnirəm” deyir. Bu nə dərəcədə doğrudu? Uşağımın orda əzildiyini görüb qızımı 2-ci dəfə yığmadan götürdüm. 2011-də İtaliyanın Pesaro şəhərində keçirilən turnirdə topla hərəkətlərdə 5-ci yeri tutmuşdu. Bu da yaxşı nəticə sayılırdı. Amma Vasilyeva Ləmana dedi ki, səni yığmadan çıxaracam. Bakıda topla çətin hərəkətləri icra edirdi. Mariana tapşırdı ki, bunu 100 dəfə dayanmadan etməlisən. Beli ağrıyıb, bir az istirahət etmək istəyib. Vasilyeva silləylə qızımı yerə sərib, sonra başlayıb təpikləyə-təpikləyə təhqir etməyə. Bir dəfə isə daha betər döyüb. Gürcüstan yığması da o zaman Bakıda toplanış keçirmiş. Qızımın lenti ilişib. Bunun üstündə Ləmanı o qədər döyüb ki, xalçadan paltardəyişmə otağına kimi döşəmə qana bulaşıb. Sonra qızı Siyana (qrup komandamızın üzvü – S.) Ləmana deyib ki, anam səni görəndə əsəbləşir, rədd ol zaldan. Əskini də üzünə atıb ki, murdar qanını döşəmədən sil. Marianayla yanaşı, qızı da gimnastları döyür. Qrup komandamızda İradə Əhədzadənin artıq çəkisi olduğuna görə Siyana paltardəyişmə otağında onu döyüb. Amma döyülən qızlardan bunu soruşsan, təkzib edəcəklər. Çünki hamısı Mariananın qorxusundan səsini çıxarmır. Bəziləri bilərəkdən yaltaqlanır ki, sabah yığmada məşqçi kimi işləsin. Vasilyeva bir dəfə vitse-prezident Altay Həsənovun yanında deyib ki, guya qızım psixdi. Halbuki onun özündə psixoloji problemlər var. Yarış vaxtı həmişə zalda qara eynəklə oturan məşqçi psixə daha çox oxşayır, nəinki qızım. Bir şeyi də deyim ki, Mariana heç vaxt nə Marina Durundaya, nə də qrup komandamızdakı legionerlərə qarşı belə kobud davranıb. Onlarla doğma qızı kimi rəftar edir.
Qızım idman ustalığına namizəd olduqdan sonra idmandan uzaqlaşdı. Halbuki hələ cəmi 18 yaşı var. İndi Sumqayıtda zal icarəyə götürmüşük. Orda azyaşlı qızlara bədii gimnastikadan məşq keçir. Ancaq onun uşaqlarını çempionata buraxmırlar. Səbəbini bilmirəm”.
Sərxan Musalı / Futbol+ qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə 28.03.2024, 09:50
"Kəpəz" Bakıdakı "Qarabağ"la oyununa bilet satılır 28.03.2024, 09:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |