Olimpiyadada ermənilərdən Azərbaycana qarşı təxribat - VİDEO
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil edən erməni gimnast Seda Tutxalyanın çıxışı zamanı Azərbaycan ritmləri səslənib. Lakin növbəti dəfə də erməni saytları mahnını Ara Qevorkyanın "Arsax” bəstəsi kimi təqdim ediblər. Oxu.Az xəbər verir ki, yerli mediada sözügedən bəstənin "Fikrət Əmirovun 1954-cü ildə orkestr üçün bəstələdiyi "Qarabağ Azərbaycan incisidir” əsəri” olması kimi fikirlər səslənsə də, bəstəkarın oğlu, cazmen Cəmil Əmirov müsahiblərindən birində bunu təsdiq etməmişdi: "Mən bu barədə danışmaqdan yorulmuşam artıq. Nə qədər desəm də ki Fikrət Əmirovun belə bir əsəri yoxdur, heç bir faydası olmur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki dediyim kimi atamın belə bir əsəri yoxdur”. 17 yaşlı Seda Tutxalyan 2014-cü ildə yeniyetmələr arasında keçirilən Olimpiya Oyunlarının çempionu və 2015-ci ildə Bakıda reallaşan Avropa Oyunlarının qalibi və mükafatçısıdır.
Fikrət Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. F.Əmirovun simfonik muğamları və "Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur” , "Kürd Ovşarı” və "Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. Cəfər Cabbarlının dramı əsasında yazdığı "Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da "Ürəkaçanlar”, "Gözün aydın” kimi maraqlı əsərlər yaradıb. F.Əmirovun məşhur baletləri olan "Min bir gecə” və "Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı” simfonik muğamını ifa edib.
Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |