Rio-2016: Azərbaycan idmançıları Braziliyaya yollanır - FOTOLAR
Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV-lərin nümayəndələri iştirak ediblər. Gənclər və idman naziri Azad Rəhimov da Braziliyaya yola düşən nümayəndə heyəti arasında olub. Atletlərimiz – Rəsul Cunayev, Marina Durunda, Rövşən Bayramov, yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrəbadi, ölkəmizi yarışlarda təmsil edəcək hakim Hicran Şərifov səfər barədə təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Dövlət və hökumətimizin idmana qayğısından danışan idmançılarımız Olimpiya Oyunlarına yüksək həvəslə yollandıqlarını vurğulayıb, bu mötəbər oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər. XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.
Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcək. Hazırlıq prosesinin ardıcıl, planlı və mütəşəkkil aparılması üçün Azərbaycan Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən lazımi kömək göstərilib. Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər və s. məsələlər də həll olunub. Nümayəndə heyətinin Rio-de-Janeyroya birbaşa və rahat şəkildə aparılması və avqustun 22-də Vətənə qayıtması üçün xüsusi çarter reysləri ayrılıb.
Son zamanlar dünya ictimaiyyətini narahat edən "Zika” virusundan idmançılarımızı qorumaq məqsədilə İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutundan içərisində ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlar olan 100-dən çox çanta sifariş olunub. Sözügedən ləvazimatlar idmançılara və nümayəndə heyətinin digər üzvlərinə paylanılıb. Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi isə avqustun 3-də keçiriləcək. Məlumat üçün qeyd edək ki, yarışa ilk günlərdən başlayacaq gimnastlar, cüdoçular və güləşçilərimiz Braziliyaya əsas komandadan tez yollanıblar. Bundan əlavə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız "Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıb.
Ümumilikdə, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında rekord sayda – 206 iştirakçı ölkə 306 medal uğrunda mübarizə aparacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |