“Həyəcandan ayaqlarım titrədi, səhərə kimi yata bilmədim” - MÜSAHİBƏ
İdman mətbuatında yığmamızın qapıçısı Kamran Ağayevlə bağlı daim yazılar dərc olunur. Əlcək sahibinin ən kiçik uğuru belə diqqətdən yayınmır, Ağayevin karyerasında olan uğursuzluqlar hər bir azərbaycanlı futbolsevəri əndişələndirir. Sanki ölkəmizdə ikinci qapıçı yoxdur, varsa belə, Kamranı əvəz edə bilməz! Bu həqiqətən belədir, ya yox – ölkə futbolunda gənc yaşlarında adından söz etdirən, hazırda isə "İnter" PİK-də qapıçı məşqçisi kimi çalışan Əsədulla Əliyevdən öyrəndik:
- Bizdə həmişə yaxşı qapıçılar olub. Onların içərisindən böyük əlcək sahibləri çıxa bilərdi, lakin ortaya çıxan bəzi məqamlar bunun qarşısını alıb. Kamran son illər Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı qolkiperlərdən biridir. O artıq özünü sübut edib. Təbii ki, bir müddət sonra onu da əvəz edən çərçivə qoruyucusu ortaya çıxacaq. Hazırda Kamran millimizn qapıçısıdır, fəxrimizdir. Milliyə ancaq güclü olanlar çağırılır. Kamranla yanaşı, Səlahət Ağayev, Anar Nəzirov kimi sözünü deyən futbolçularımız çıxış edir. Yetərincə istedadlı gənclər var. Sadəcə çalışmaq lazımdır.
- Vaxtilə sən niyə məhz bu mövqeni seçmisən? Yoxsa, səni də yaxşı oynamadığın üçün uşaq vaxtı qapıya qoyurdular?
- Məsələ tək yaxşı oynamaqla bağlı olmayıb. Mən uşaq yaşlarımdan boyuma görə digərlərindən seçilmişəm, elə buna görə də məni həmişə qapıya qoyurdular. 9 yaşımda atam məni Tofiq Bəhramov adına stadiona apardı və dedi ki, sən qapıçı olacaqsan! Məşqçi də boyumu görən kimi məni qapıya göndərdi. Məktəbdə oxuduğum vaxtlarda belə oynamağı sevmirdim, həmişə qapıda dururdum.
- Qol buraxan zaman hər kəsin tərs baxışlarını görməmək üçün bu sənəti atmağı heç istəmisənmi?
- Təbii ki, həmişə qalib gəlmək mümkün deyil. Top tora daxil olan zaman əlbəttə müxtəlif hisslər keçirirsən, hətta olur ki, idmana nifrət də edirsən. Niyə qol buraxdım? İnsanın beynində - gərək fərqli mövqedə çıxış edərdim…və s. kimi fikirlər dolaşır. Lakin heç vaxt buna görə futbolu atmaq fikri "ağlımın ucundan” belə keçməyib. Əksinə, hər dəfə uduzanda idmançı öz üzərində daha çox çalışmalıdır, daha səylə məşq etməli və məqsədinə doğru irəliləməlidir.
- Bir zamanlar sənin üçün - Azərbaycanın ən yaxşı qapıçısı olacaq - deyilirdi. Nə oldu, niyə futbolumuzun "bir nömrəsi” ola bilmədin?
- Bəli, nə vaxtsa ən perspektivli qapıçıların sırasında mənim adım hallanırdı(gülür). Futbol karyerama böyük uğurla başladım. "Şəfa” komandasından "Neftçi”yə keçdim. Moskvada keçirilən "Birlik Kuboku”nun finalında iştirak etmək şansı yaxalamışdım. "Lokomotiv”(Moskva) ilə matçda sənədlərimdə yaranan problemə görə iştirak edə bilmədim. Yaxşı yadımdadır, ali məktəb imtahanlarına hazırlaşırdım, mənə gözlənilməz zəng gəldi, - hər şeyi at və Moskvaya gəl, final görüşündə iştirak edə bilərsən. Gənc bir qapıçı, karyeramın başlanğıcında, "Birlik Kuboku" kimi önəmli turnirdə, final görüşündə oynamaq şansı.
Düşündüm ki, dostlarım mənimlə zarafat edir. Lakin telefon zənginin həqiqətən Rusiya paytaxtından olduğunu biləndə şoka düşdüm, məlum oldu ki, əsas qapıçılardan biri ayağından ciddi zədə alıb. Həyəcandan ayaqlarım titrədi, səhərə kimi yata bilmədim. Ehtiyat qapıçı kimi olsa belə, 19 yaşlı gənc üçün bu hisslər böyük məna kəsb edirdi. "Neftçi” kimi klubun formasını daşımaq hər futbolçunun arzusu idi. İndi hər kəsə forma verilir, onda böyük rəqabət yaşanırdı. Lakin sonralar bir çox uğursuzluq yaşadım. Alınmadı, yəqin qismət belə imiş.
- Ali məktəb imtahanından danışdın. Demək…(sözümü yarımçıq kəsir)
- Mən Azərbaycan Dövlət Neft Akademiyasının "Geoloji kəşfiyyat” fakultəsini bitirmişəm. Lakin bunu sırf başqa sənət sahibi olmaq üçün etmədim, sadəcə atam qarşıma şərt qoydu ki, ali təhsilin olmasa, futbolu atmalısan. O həmişə mənə dəstək olub. Bir neçə dəfə fərqli sahələrdə özümü yoxlasam da heç vaxt futboldan uzaqlaşmadım. Çünki ofis işi mənə daim sıxıcı gəlib. Hərdən fikirləşirəm ki, idmansız, hərəkətsiz insan necə yaşaya bilər axı?! Həyatımı futbolsuz təsəvvür edə bilmirəm. Futbol mənim üçün yeni bir gün, yeni inkişaf deməkdir!
- Digər idman növlərinə marağın olubmu?
- Voleybola, basketbola da həvəsim az olmayıb. Oxuduğum dönəmlərdə müxtəlif turnirlərə belə qatılmışam(gülür). Mən idmanın bütün növlərini sevirəm, hətta qış olimpiadasını belə izləyirəm.
- Hazırda məşqçi kimi calişırsan. Uşaqlara daha çox nəyi öyrədirsən?
- Bizim dövrümüzdə bu qədər şərait yox idi, lakin öz gücümüzə çalışıb "qabağa getməyə” can atırdıq. İntizam və istək o dövrdə daha çox idi. Təəssüflər olsun ki, indiki gənclərdə bu xüsusiyyətlərə az rast gəlinir. "İnter” komandasının aşağı yaş qruplarında olan qapıçılara top tutma və sürət elementlərini öyrədirəm, yeniyetmələrə isə taktiki cəhətdən qapıçının necə oynamalı olduğunu izah edirəm. Məşqçi kimi çalışmağa yeni başlamışam. Düzdür, yaxşı uşaqlar az deyil, ancaq reallıq ondan ibarətdir ki, bəzən idmançıların gələcəyi öz əllərində olmur. Yaş artdıqca bir çox gənc valideyinlərinin istəyi ilə, məşqlər intensivləşdikcə bu sənətdən uzaqlaşır.
- Dünyada ən yaxşı qapıçı kimi hesab edirsən?
- Mənim üçün futbolda hər zaman tək bir ideal olub – hollandiyalı Edvin Van Der Sar.
- Həyatda ən böyük arzun nədir?
- Hər bir azərbaycanlı kimi, ən böyük istəyim torpaqlarımızın işğaldan azad olunmasıdır. Cavan əsgərlərimizi itirmək, gözüyaşlı anaları görmək çox ağırdır. İstəyirəm bir səhər oyanım və görüm ki, torpaqlarımızı qaytarmışıq, müharibə qurtarıb.
Aişə Bayramova Sportfm.az
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |