Bəxtiyar Musayev:"Mənim onlara nəyi isə sübut etmək fikrim yoxdu"
"Məni bura Musa Qurbanov dəvət etdi. Onunla çoxdanın tanışam. Oturub danışdıq, razılaşdıq. Çox sevinirəm ki, dəyərli insanlarla bir yerdə çalışacam" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın yeni idman direktoru Bəxtiyar Musayev deyib.
Ötən ilin martında "Neftçi"nin seleksiya üzrə məşqçisi postundan ayrılan təcrübəli futbol adamı bundan sonra I Divizion təmsilçisinin uğurları üçün çalışacaq. Müsahbin bildirdiyinə görə, yeni iş yerində bir çox sahələrə məsuliyyət daşıyacaq.
Sitat: "Zaqatala" Premyer Liqada çıxış etməyə hazırlaşır. Hər cür şərait yaradılıb və komandadan istənilən tək şey divizionda ilk 2 yerdən birini tutmaqdı. Şaban Şirdanovun bu məqsədin öhdəsindən gələcəyinə inanırıq. Biz də bu istiqamətdə öz üzərimizə düşəni edəcəyik. Musa müəllimi bütün Azərbaycan yaxşı və təmiz insan kimi tanıyır. Sözündə bütövdü.
Təklif gələndən sonra "Zaqatala"nın perspektivi barədə xeyli müzakirəmiz oldu, gördüm ki, planlar böyükdü. Klubun 11-16 yaş qrupları arası komandaları yaradılıb. AFFA-nın lisenziyalaşdırma tələblərindən biri budu ki, Premyer Liqada oynamaq istəyən klubun bütün yaş qruplarında komandaları olmalıdı. İndidən 17, 19 və əvəzedici heyəti formalaşdırmağa başlamalıyıq.
Zaqatala futbol ənənəsi olan rayondu. Musa və Qurban Qurbanov qardaşları bu məktəbdən çıxıb. Üstünlüyü yerli gənclərə verəcəyik, onların yetişməsinə kömək olacağıq. Uşaq futbolunun inkişafını təmin edəcək bir sıra layihələrimiz var, bir dəqiqə boş oturmaq söhbəti yoxdu, artıq axtarışdayıq. Zaqatala futbolunun keçmiş şöhrətini geri qaytarmaq üçün nə lazımdısa, nrəyə gücümüz çatırsa, onu da edəcəyik.
Dürüst insanların əhatəsindəyəm, işimin məsuliyyətini bilirəm. Çalışacam ki, Musa müəllimin üzünü ağ edim. 10 ay idi işləmirdim. Yenidən futbola, doğma işimə qayıtdığım üçün sevinirəm. Premyer Liqaya vəsiqə qazansaq, klubun vəziyyəti bir qədər də yaxşılacaq. Əlbəttə, uşaq futbolu və infrastrukla yanaşı, əsas komandayla da bağlı işlər görəcəyik. "Xəzər Lənkəran"da işim yalnız seleksiya ilə əlaqəli idi, "Neftçi"də isə bununla yanaşı, məşqçi vəzifəsi daşıyırdım, hazırlıq prosesində yaxından iştirak edirdim.
Özümə görə kifayət qədər təcrübə toplamışam. "Zaqatala" Premyer Liqaya çıxsa, əsasən yerli uşaqlar oynayacaq. Ancaq onların püxtələşməsi, potensialını açması üçün 4-5 legioner də lazımdı. "Xəzər Lənkəran"da Kamran Ağayev, Rahid Əmirquliyev, "Neftçi"də Araz Abdullayev, Tərlan Quliyev, Mirhüseyn Seyidov və başqaları məhz səviyyəli legionerin yanında "artırıb". Bu cür legionerləri "Zaqatala"ya da tapıb gətirəcəyik.
İşlədiyim əvvəlki klublarda nəticə vermişik. "Zaqatala"nın uğur qazanması naminə bacardığımı edəcəm. Bölgə klubu olması mənə qətiyyən problem yaratmır, öyrəşmişəm. Futbolçu şəraitə baxır. Bu şərait də Zaqatalada var. Bazası, stadionu, qalmağa yeri… İşə münasibət də peşəkar səviyyədə qurulub. Musa müəllim hörmətli insandı, belə prezidenti olan kluba həmişə qabağa gedəcək. Biz futbola xidmət edən adamlarıq. Məni "Neftçi"dən uzaqlaşdırmaqla futboldan iyrənməyimi istəyənlərin indi özləri bu sahədə deyil.
Mənim onlara nəyi isə sübut etmək fikrim yoxdu. İşim ortada olub həmişə. Ancaq "Zaqatala"da həmişəkindən də artıq həvəslə çalışacam, göstərəcəm ki, biz işimizi bilirik, səhv yola düşən siz olmusuz! Klubun atmosferindən çox şey asılıdı. "Neftçi"də keçirdiyim son aylar getsin, bir də qayıtmasın. Hər gün əsəb içində idim. Futboldan xəbərsiz insanlarla işləmək bezdiricidi. "Zaqatala"ya toplaşanlar isə futbolun içindən çıxıb. Mən də istəyirəm ki, klubun bir parçası olum, Zaqatala futbolunun qaldırılmasında xidmətim keçsin".
Biz İzləyin
REKLAM
Paylaşın
Xəbər lenti
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə 28.03.2024, 09:50
"Kəpəz" Bakıdakı "Qarabağ"la oyununa bilet satılır 28.03.2024, 09:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |