"Kəpəz"in qolkiperi: "Məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər"
"Kəpəz” bu gündən etibarən məşqlərə başlayacaq.
Sportfm.az xəbər verir ki, hazırlıqda komandanın zədəsini artıq sağaltmış üzvləri də iştirak edə biləcək. Belə futbolçulardan biri də Davud Kərimidir. Qapıçı çempionatda fasilə yaranmamış məşqlərin birində sıradan çıxıb. Ona dizin iç yan bağının burxulması diaqnozu qoyulub.
Qolkiper klubun rəsmi saytına açıqlamasında problemlərin geridə qaldığını deyib: "İstirahət müddətində müalicəmlə məşğul olmuşam. Diz bağlarımda problem vardı deyə günüm həkim yanında keçib. Tibb personalı ilə birlikdə zədəmin tez sağalması üçün əlimdən gələni etdim. İnşallah, ayın 11-də komanda ilə məşqlərə başlaya biləcəyəm. Bildiyiniz kimi, fasilə yaranmamışdan öncə uşaqlardan ayrı düşmüşdüm. İndi hər şey yaxşıdır. Müalicə prosesi ilə yanaşı, zədə imkan verdiyi qədər fərdi şəkildə məşqlər də etmişəm. Hələ dostlarla öz aramızda keçirdiyimiz oyunlarda qapıda da durmuşam. Zədəm yaxşılığa doğru gedir. Az da olsa ağrılar var, amma bu mənə qrup halında məşqlərə qoşulmağa mane olmayacaq”.
Kərimi ötən mövsümün əvvəlində "Kəpəz”ə keçsə də, hələ komandada debüt edə bilməyib. O, Premyer Liqa və kubok oyunlarında ehtiyatda qalıb. Bununla belə, ruhdan düşməyən Davud öz vaxtını gözləyir: "Komandaya kim kömək edə, xeyir verə bilirsə, məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər. Əsas olan bir oyunçunun yox, "Kəpəz”in uğurudur. Mənim oynayıb-oynamamağım önəmli deyil, əsas olan komandanın məqsədinə çatması, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmasıdır. İndi hamımız buna çalışırıq. İnanıram ki, çempionatın ikinci hissəsində məşqçilər korpusu mənə də güvənəcək. Həmişə oynamağa hazıram, təlim-məşq toplanışında özümü göstərməyə çalışacağam. Bunu baş məşqçimiz Şahin Diniyevə də demişəm. Seçim məşqçinindir və hələ ki, onun şans verdiyi qapıçı ümidləri doğruldur. Belə də mən seçimin düzgün olduğunu deyə bilərəm. Qismət olacaqsa, mən də heyətdə yer alacağam. Özümü heç kimdən zəif və ya güclü hesab etmirəm. Rəqabətdən də çəkinmirəm. Komandaya ehtiyatda oturmaqla yox, oynamaqla kömək etmək istəyirəm”.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |