Aleksandr Çertoqanov: “Azərbaycanda yerli adət-ənənələrə hörmətlə yanaşmaq lazımdır” - EKSKLÜZİV
Aleksandr Çertoqanov: "Bakı mənim ikinci vətənimdir”
Dnepropetrovsk futbol məktəbinin yetirməsi, uzun illər yığmamızın şərəfini qoruyan Aleksandr Çertoqanovla söhbət zamanı bir çox mətləblərə aydınlıq gətirdik.
- Aleksandr, sən Ukrayna çempionatının 2-ci divizionunda çıxış edərkən, birdən-birə karyeranda böyük sıçrayış oldu. Azərbaycan paytaxtına köçərək, ölkəmizin aparıcı klublarının heyətində çıxış imkanı yaxaladın, hətta yığmamızın formasını geyinməyə başladın...”Bakı” klubundan nə zaman təklif aldın?
- Futbolda həmişə necə olur? Azərbaycana Roman Pokoranın dəvəti ilə yollandım. 2004-cü ilin yay aylarında, İvan Mariç adlı menecer mənə Azərbaycana, iddialı paytaxt klubuna baxışa yollanmağın lazım olduğunu bildirdi. Hər şeyi götür-qoy etdikdən sonra, getməyə qərar verdim. Hadisələrin sonrakı axarı mənim seçimimdə yaılmadığımı sübut etdi. Sizin qonaqpərvər ölkəniz mənim ikinci vətənimə çevrildi.
- Zaqafqaziya həyat tərzinə alışmaq çətin olmadı ki?
- Ailəmdən uzaq olmağım mənə çətinlik yaradırdı. Klub tərəfindən mənə hər cür şərait yaradılmışdı, həyat tərzinə uyğunlaşmaqla bağlı heç bir problemim olmadı. Orada yaxından tanış olduğum insanlar, dostlar mənə çox kömək etdilər. Əsas – yerli adət-ənənələrə hörmətlə yanaşmaq lazımdı.
- Saşa, bunu soruşmadan keçə bilmərəm. Bizim rəngarəng mətbəximiz səndə necə təəssürat oyatdı?
- Sizin mətbəxiniz barədə o qədər xoş sözlər söyləyə bilərəm ki. Ət yeməkləri və şirniyyatlar xüsusi ilə xoşuma gəlir. Meyvə-tərəvəzin dadı isə əladı.
- Azərbaycan dilində danışılanları başa düşürsən?
- Çox şeyi başa düşürəm. Orada olan dostlarımın hamısı rus dilində əla danışır, ona görə ünsiyyət baxımından heç bir problem yaşamadım.
- ...danışmağı necə, bacarırsan?
- Yox, təəssüflər olsun ki, danışa bilmirəm. Ancaq öyrənmək istəyirəm.
- Necə düşünürsən, bizim çempionata gəlişin – irəliyə atılan addım idi?
- Açığını deyim ki, həmin ərəfədə mən belə düşünmürdüm. Zaman keçdikcə başa düşdüm ki, sizdə futbol yeni inkişaf mərhələsinə qədəm qoyur. Xüsusən idman infrastrukturu baxımından. Əvvəllər səfər matçları zaman çox əziyyət çəkirdik. İndi artıq belə deyil. Stadionlar, bazalar, otellər demək olar ki, hər rayonda var. Azərbaycanlılar çox çalışqan xalqdır. Futbola qoyulan sərmayə zaman keçdikcə öz bəhrəsini verməyə başladı. Məşhur mütəxəssislər və tanınmış futbolçular sizin ölkənizə gəldilər. Təbii ki, belə olan təqdirdə futbol inkişaf edir. Mən orada olduğum dönəmdə ancaq irəliyə doğru addım atdım, istər yığmada, istər klubların heyətində yüksək səviyyəli oyunların iştirakçısı oldum, dünya futbolunun ulduzlarına qarşı oynadım.
- 2005-ci ildə gözlənilmədən Azərbaycan vətəndaşlığını qəbul etdin.
- Mənə yığmanızda çıxış etməyi təklif etdilər. Bu mənim üçün böyük şərəf və məsuliyyət idi. Dünyanın bir çox güclü yığmasına qarşı forma geyinmək şansını əldən verə bilməzdim. Həmin ərəfədə Ukrayna yığmasına cəlb olunmaqla bağlı pespektiv olmadığı üçün məmnuniyyətlə razılıq verdim. Ukrayna yığmasında mənim mövqeyimdə Aleksey Qay("Qəbələ”nin sabiq futbolçusu), Timoşuk, Levçenko, Rotan, Kravçenko("Qarabağ”ın heyətində çıxış edib), Qarmaş, Stepanenko kimi futbolçular vardı.
- Azərbaycanda 6 klubun şərəfini qorumusan. Onlardan hansını özünə daha döğma sayırsan?
- Oynadığım hər komandanın heyətində gözəl günlər keçirmişəm. Heç vaxt problem yaşanmayıb, həmişə yerli futbolçularla gözəl münasibətlərim olub. Demək olar ki, hər bir komandanın forması ilə istər ölkə çempionatında, istərsə də ölkə kuboku yarışlarında uğurlar qazanmışam.
(davamı olacaq)
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə 28.03.2024, 09:50
"Kəpəz" Bakıdakı "Qarabağ"la oyununa bilet satılır 28.03.2024, 09:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |