“Regionlara daha çox kvota ayırmağa çalışırıq”.... MÜSAHİBƏ
Ölkəmizdə populyar olan idman növləri ilə yanaşı, yeni inkişaf mərhələsinə qədəm qoyan idman növləridə var. Onlardan biri-kibersportdur. Bu ad hələ çoxlarına tanış deyil, ancaq Sportfm.az saytının redaksiyasının qonağı olan Azərbaycan Kibersport Federasiyasının prezidenti Ramil Əliyevlə söhbətdən sonra aydın oldu ki, ölkəmizdə bu sahə getdikçə inkişaf edir.
- Kompüter oyunları üzrə 10-cu Milli Azərbaycan çempionatı bu yaxınlarda yekunlaşıb. Turnir dörd komanda yarışı və üç fərdi növ yarışdan ibarət olub. İlk dəfə 2006-cı ildə start götürən həmin yarış bir internet klubunda keçirilib. Həmin vaxt iştirakçıların sayı çox az idi. Zaman ötdükçə, həm iştirakçıların sayı, həm turnirin miqyası böyüməyə başladı. Hal-hazırda ölkəmizdə kibersportla məşğul olan iki minə yaxın insan var. Oyunlara görə idmançıların yaş dərəcəsi fərqlənir, çünki beynəlxalq yarışlarda iştirak etmək üçün bəzi tələblər var. "Counter Strike: Global Offensive", "League of Legends" və "Hearth Stone" oyunların qalibləri 6-9 oktyabrda İndoneziyanın paytaxtında Cakarta şəhərində keçirilən Dünya çempionatına yollanacaq. Səfərə 11 idmançı ilə yola düşəcəyik.
- Paytaxtımızda bu idman növünə olan maraq başadüşüləndir, bəs rayonlarda kibersportla məşğul olanlar var?
- Təbii ki, əvvəllər turnirləri Bakıda keçirməyə çalışırdıq. Sonra bizə böyük dəstək verən Gənclər və İdman Nazirliyi ilə birlikdə yarışları üç hissəyə böldük: regional, zonal və milli final. Regional yarışlar bölgələrimizdə keçirilir. Regional yarışlarda qalib adını qazananlar zonal mərhələyə vəsiqə əldə edirlər. Bu mərhələdə 16 rayonun komandası iştirak edə bilər. Zonal mərhələnin birinciləri milli finala yüksəlir. Çalışırıq ki, belə yarışlarda regionlara daha çox kvota ayıraq.
- Bölgələrimizdə kibersportla məşğul olanlar arasında iddialı adlar var?
- İldən-ilə rayon idmançılarının peşəkar keyfiyyəti artır. Məsələn, bu il ikinci və üçüncü yerləri rayon təmsilçiləri qazanıb. Üçüncü yer uğrunda "Counter Strike: Global Offensive" oyununda Naftalandan olan idmançılar Bakı komandasına çətin anlar yaşadıb. Bakıdan olan kollektiv son anda onların müqavimətini qıra bilib. Milli finalda 22 rayondan iştirakçılar var idi.
- Azərbaycan çempionatında qızlar iştirak edirlər?
- Mən yenidən 2014-cü ilin təcrübəsinə qayıtmaq istəyərdim, həmin vaxt biz Dünya çempionatında iştirak etmək üçün seçmə mərhələni təşkil etdik. O vaxt oyunlar iki qrupa bölünmüşdü: hamı və qadınlar üçün. Amma gələcəkdə həmin təcrübə özünü doğrultmadı. Azərbaycan çempionatında qızların iştirakı üçün heç bir problem yoxdur. Ötən illərə nəzər salsaq görərik ki, qızlar belə yarışlarda fəal iştirak edirlər. Ancaq təəssüflər olsun ki, sonuncu çempionatımızda qız iştirakçı yox idi.
- Beynəlxalq qurumlarla əməkdaşlıq məsələsi nə yerdədir?
- Ölkəmiz 2011-ci ildən Beynəlxalq Kibersport Federasiyasının üzvüdür. Hal-hazırda Beynəlxalq Kibersport Federasiyasının tərkibinə 40 ölkə daxildir. İlbəil bu say artır.
- Azərbaycanda bu idman növü üzrə ilk beynəlxalq yarışın təşkili nə vaxta təsadüf edir?
- 2014-cü ildə Azərbaycan kompyuter oyunları üzrə 6-cı Dünya çempionatını qəbul edib. 30 ölkədən 300-dən çox nümayəndə Bakıda olub. Turnirin mükafat fondu 110 min dollar təşkil edib.
- Kibersportun gələcəyi necə görünür?
- Ümumiyyətlə hazırda beynəlxalq arenada bu sahəni rəsmi idman növü kimi tanıtmaq üçün güclü təbliğat işləri aparılır. Hazırda kiberopsrt idman növü kimi bəzi ölkələrdə çox populyardır. Çin, Hindistan, Rusiya və bəzi Şərqi Asiya ölkələrində bu sahə ilə məşğul olan milyonlarla insan var.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |