İdman mərc oyunlarının qanunsuz təşkilinə qarşı tədbirlər gücləndirilir
Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Trend.az xəbər verir ki, dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 4-cü və 5-ci hissələr əlavə edilir:
"4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər”.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edəcək və bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |