UEFA nümayəndəsi yığmamıza məşq etməyə icazə vermədi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Norveçlə qarşılaşacaq milli komandamız bu gün oyunöncəsi son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi qabaqcadan planlaşdırıldığı kimi Bakı Olimpiya Stadionunun əsas meydançasında olmayıb. Belə ki, matçı izləyəcək UEFA nümayəndəsi qazonu bir müddət müşahidə etdikdən sonra burda məşq etməyin uyğun olmadığını bildirib. Norveç yığmasının çalışmalarından sonra olduqca zərər görən ot örtüyündə millimiz də məşq etsə, meydança sabahkı oyun üçün yararsız hala düşə bilər. Yığmamızın baş məşqçisi Robert Prosineçki də əraziyə baxış keçirdikdən sonra UEFA nümayəndəsinin fikirləri ilə razılaşaraq komandanı ehtiyat meydançaya aparıb. Qeyd edək ki, Azərbaycan – Norveç oyunu sabah saat 20:00-da başlayacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |