Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları başa çatıb. Sportfm.az xəbər verir ki, yarışların son üç günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Tam heyətlə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanaraq Olimpiadalar tarixində bir ilkə imza atıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıb.
Qeyd edək ki, qazanılan medalların sayına görə yığmamız bütün komandaları qabaqlayıb. 6 nəfərlə təmsil olunan komandalardan heç biri 5 medal qazana bilməyib. Belə ki, Rio Olimpiadasında Azərbaycanla yanaşı, Rusiya, İran, Monqolustan, Gürcüstan, Türkiyə və ABŞ sərbəst güləş komandaları da tam heyətlə iştirak edib. Türkiyə, Rusiya və İran 3, ABŞ və Gürcüstan 2 medal qazana bildiyi halda, Monqolustan sərbəst güləş yığması Olimpiadanı medalsız tərk edib.
Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında da sərbəst güləş yığmamız birinci yeri tutub. Komanda hesabında 42 xal toplayan yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə qərarlaşıb.
Bu nəticə ilə sərbəst güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 11-ə çatdırıb. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |