Yığmamızın futzalçısı:"Oyuna köklənə bilməyəcəyik"
İranda bu gün start götürəcək beynəlxalq turnirdə iştirak edəcək futzal üzrə Azərbaycan millisi son məşqini İsfahan şəhərində oyunun keçiriləcəyi arenada reallaşdırıb. Məşqdən sonra millimizin aparıcı üzvlərindən olan əslən braziliyalı Vassoura AFF-nın mətbuatxidmətinə müsahibə verib.
- Son məşqdən sonra komandada vəziyyət necədi?
- Komandanın cəmi 5 məşqində iştirak etmişəm. Ancaq bu fakt dəyişmir ki, millimiz çox güclüdü. Sabah bizi çətin oyun gözləyir. Bunu komanda olaraq hamımız dərk edirik. Oyunumuzun istədiyimiz şəkildə keçəcəyinə inanıram.
- Amma məşqdən sonra həm baş məşqçi, həm də millinin üzvləri örtüyün yaxşı vəziyyətdə olmadığını bildirdilər...
- İran Asiya çempionatında oynayır. Ona görə də onlar terefleks örtüyündən istifadə edirlər. Avropada isə demək olar, zalların hamısı parketdir. Bəli, ağır örtükdü. Ancaq bu haqda düşünməyin mənası yoxdu. Oturub bunu düşünsək, oyuna köklənə bilməyəcəyik, qopacağıq. Ona görə də bura gəlmişiksə, mövcud şəraitlə barışmalıyıq.
- İranın son zamanlardakı oyununu görmüsənmi?
- Biz onlarla 1 il əvvəl oynamışıq. Həmin vaxt dünya çempionatının final mərhələsində bir qrupda yer almışdıq. Yadımdadı, çox çətin, ağır oyun alınmışdı. Bu dəfə də asan olmayacaq. Üstəlik, onlar dogma meydanda oynayırlar.Bizim də güclü heyətimiz var. Həm də bu turnir Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
- Rəqibin hansı üstün və zəif cəhətlərini qeyd edə bilərsən?
- İran güclü komandadı. Onlar dəfələrlə Asiya çempionu olublar. Millinin üzvləri digər çempionatlar da çıxış edir. Dünya çempionatının da itirakçılarından biridirlər. Bir sözlə, çox güclüdürlər.
- Bəs turnirdə və qalan komandalar haqda nələri qeyd etmək istərdin?
- Burda 4 komanda var və hər biri yekunda qalib ola bilər. Çünki hamısı güclü, özlərini sübut etmiş komandalardı.Bütün oyunlar maraqlı və gərgin keçəcək.Kim şansından düzgün istifadə edə bilsə, burdan qalib ayrılacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |