Avropa çempionatının biletləri satışa çıxarıldı
Gələn il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək futzal üzrə Avropa çempionatının oyunlarına biletlər satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, təşkilatçı ölkə - Sloveniya noyabrın 20-dən etibarən, yarışın startına 71 gün qalmış bu prosesə start verib. Millimizin də çıxış edəcəyi qitə birinciliyinə ilk bileti UEFA prezidenti Aleksander Çeferin alıb. Rəsmi mərasimdə iştirak edə bilməyən qitənin ali futbol qurumunun rəhbəri bu mesajı göndərib:
“Bir neçə il əvvəl bu yarışa evsahibliyi etməklə bağlı ideya yarananda çoxları buna nail olacağımıza şübhə ilə yanaşırdı. Amma biz bunu bacardıq və Lyublyanadakı "Stojize Arena"sını birgə doldurcağımızdan məmnunam. Çempionatın açılış qarşılaşması olacaq Sloveniya - Serbiya matçına ilk bileti aldığıma görə şərəf duyuram və azarkeşlərin iştirakçıların unuda bilməyəcəyi atmisfer yaradacağına inanıram. Siz də bu tamaşanın bir parçası olun”.
Qeyd edək ki, biletlər 2 kateqoriyaya bölünüb. 10 və 14 manata (müvafiq olaraq 5 və 7 avroya) olan bir biletlə gün ərzində keçiriləcək hər iki oyunu izləmək mümkün olacaq. Biletləri online da əldə etmək mümkündü.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |