Serbiya klubunun prezidenti:"O bizim komandaya yeni nəfəs gətirdi" - ÖZƏL
Futzal üzrə Yüksək Liqanın 4-cü turunun görüşlərini izləyənlər arasında Serbiyanın "KMF Ekonomac Kragujevac" klubunun prezidenti Verojub Duqaliç də vardı. Əl Oyunları Sarayında olan gözlənilməz qonaq Sportfm.az saytının suallarına cavab verməyə də macal tapdı:
- Bu gün keçirilən qarşılaşmaları seyr etdiniz. Azərbaycan çempionatının səviyyəsi sizi qane etdimi?
- Maraqlı görüşlər izlədim. Ancaq onu deməliyəm ki, komandalar o qədərdə hazırlıqlı deyildi. Oyunçular meydanda çoxlu səhvlərə yol verirdi. Serbiya futzal klubları daha yaxşı təsir bağışlayır. Bizim çempionatda güclü komandaların sayı çoxdur. Bizim ölkənin aparıcı kollektivləri gündə iki dəfə məşq edir.
- Yəqin bilirsiniz ki, Azərbaycan Yüksək Liqasında cəmi 7 klub mübarizə aparır.
- Əlbəttə, bu çox azdır. Sayı artırmaq lazımdır. Futzal bütün regionları əhatə etməlidi. Serbiyanın Super Liqasında 12 klub çıxış edir. Eyni sayda komanda Birinci Liqada yarışır. Rəqabət çox güclüdür.
- Sizin klubun vitse-prezidenti və idman direktoru həmyerlimiz Turqay Fərzəliyevdir. Onun işindən razısınızmı?
- Çox təcrübəli və çalışqan şəxsdir. Onun işindən çox razıyıq. O bizim komandaya yeni nəfəs gətirdi. Futzala könül verən insandır. İnanıram ki, bizim işbirliyimiz uzun illər davam edəcək.
- Elit-raundda "Barselona" kimi rəqiblə qarşılaşacaqsınız.
- Biz heç bir komandadan çəkinmirik. Əksinə, düşünürəm ki, onlar bizimlə mücadilə edəcəkləri üçün xeyli fikirlidirlər. Meydana hər klubdan 5 nəfər çıxır. Demək ki, güclər bərabərdi(gülür).
Qeyd edək ki, heyətində yığmamızın üzvü Vitali Borisovun da yer aldığı "KMF Ekonomac Kragujevac" 9 dəfə Serbiya çempionluğunu qazanıb. Elit-raundda A qrupunda yer alan Serbiya klubu "Barselona" ilə yanaşı, Hollandiyanın "T Knooppunt" və İtaliyanın "Peskara" komandaları ilə yarışacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |