Fərid Ələkbərov:“Futzal oynadığım vaxtdan bəri bəlkə də ən maraqlı çempionat keçiriləcək”
Sportfm.az saytı EKOL komandasının oyunçusu Fərid Ələkbərovun AFF-nin rəsmi facebook səhifəsinə müsahibəsini təqdim edir.
- Yeni mövsümün startı və ilk oyununuz sizdə hansı qənaəti yaratdı?
- İlk oyunda “Araz”la qarşılaşdıq. Bu komandaya qarşı oynamaq çox çətindir. Mümkün qədər çox mübarizə aparmalısan. Çünki topla oynamaq şansımız, imkanımız az olur. Məşqçimiz çempionata hazırlıq prosesini yaxşı keçdiyinə görə, sona qədər mübarizə apardıq, dözdük, rəqibi son saniyəyə qədər gərginlikdə saxladıq. Etiraf edim ki, hələ “Araz”ı udacaq gücdə deyilik.
- Startda bu cür güclü rəqiblə qarşılaşmaq sonrakı oyunlara necə təsir edəcək?
- “Araz”la qarşılaşmağımız bizim üçün yaxşı oldu. Çünki hazırlıq dövründə yoldaşlıq oyunu keçirməmişdik. Həm də çempionatda bizim əsas rəqqibimiz bu komanda deyil. “Araz”la oyun bizim üçün bir növ təcrübə oldu. Hansı çatışmazlıqların olduğunu gördük. Növbəti qarşılaşmalara daha yaxşı və fərqli hazırlaşacağıq.
- Belə çıxır ki, yeni mövsümdə də “Araz”ın çempion olacağı fikri ilə barışmısınız?
- Barışmamışıq, sadəcə bu komanda millinin bazasıdı. Üstəlik, heyətlərində legionerlərin sayı çoxdu. Onlarla rəqabət aparmaq üçün daha çox işləməliyik. Bugünkü gün bu mümkün deyil.
- Birinci tur çərçivəsində keçirilmiş digər oyunları da izlədiniz. Komandaların səviyyəsi maraqlı mövsüm izləməyə ümid verirmi?
- Futzal oynadığım vaxtdan bəri bəlkə də ən maraqlı çempionat keçiriləcək. Komandaların bir-birindən xal almaq şansı çoxdur. Hətta “Araz”la oyunda biz bunu etməyə yaxın olduq.
- Deməli, “Araz” istisna olmaqla digər komandaların gücü bir-birinə yaxındı?
- Demək olar, eyni səviyyəli komandalardı. İndi heç kim düşünməsin ki, debütant komanda EKOL-u uda bilməz. Necə biz “Araz”la başabaş mübarizə apardıq, onlar da bizimlə oyunları o cür keçirəcəklər.
- Və bu rəqabətdən də qazanan futzalçılar olacaq..
- Əlbəttə, ən rəqabətli çempionat izləyəcəksiniz. Sözsüz, bu rəqabətdən qazanan futzalımız olacaq. İnkişaf mütləq hiss olunacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |