“Baku Fans” komandasının baş məşqçisi 5 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
7 mart, futzal üzrə Birinci Liqanın “Red Line” – AzMİU matçında AzMİU komandasının futzalçısı Kamran Rüstəmov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
6 mart, futzal üzrə Birinci Liqanın “Zəngilan” – “Standard” matçında “Zəngilan” komandasının futzalçısı Ayaz Səmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
6 mart, futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Xızı Yasamal” matçında “Baku Fans” komandasının baş məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğu və texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanır (maddə 41).
6 mart, futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Star Karqo” matçında “Baku Fire-2” komandasının futzalçısı Emil İsrafilov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
6 mart, futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Star Karqo” matçında “Baku Fire-2” komandasının futzalçısı Elşən Zərbəliyəv rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41).
6 mart, futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Star Karqo” matçında “Star Kargo” komandasının futzalçısı Yamin Yaminov kobud oyuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36).
7 mart, futzal üzrə İkinci Liqanın “Hövsan” – “Bibi-Heybət” matçında “Bibi-Heybət” komandasının futzalçısı İlkin Əzizov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 mart, futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Yurd” MFK matçında “Atletiko Baku” komandasının futzalçısı Eyyub Əfəndiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 mart, futzal üzrə İkinci Liqanın “Borçalı” – NTD matçında “Borçalı” komandasının futzalçısı Nadir Məmmədli rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41).
7 mart, futzal üzrə İkinci Liqanın “Borçalı” – NTD matçında NTD komandasının futzalçısı Zakir Kərimov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41).
7 mart, futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Təbriz” matçında “Bədr FK Xocalı” komandasının futzalçısı Puyan Şahin qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 mart, futzal üzrə İkinci Liqanın “Dalğa” – “Zülfüqar” matçında qonaq qismində iştirak edən “Zülfüqar” komandasının forması ev sahibi komanda “Dalğa” ilə eyni rəngdə olduğundan oyun baş tutmayıb. Bu səbəbdən “Zülfüqar” komandasına 0:5 hesablı məğlubiyyət verilir (maddə 69).
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |