Futzal yığmamızdan nə gözləyək? - Təhlil
Bu gün futzal üzrə Azərbaycan yığması DÇ-2020-nin elit-raundunda mübarizəyə başlayır. C qrupunda yer alan futzalçılarımızın rəqibləri Rusiya, Slovakiya və ev sahibləri Xorvatiya yığmalarıdır. Hər 3 yığma milli komandamızın çalışdırıcısı Joze Alesio Da Silvaya yaxından tanışdır. İlk üz-üzə gələcəyimiz ev sahibləri olan xorvatiyalılarla illər əvvəl görüşmşük. 5 il bundan öncə gənc və təcrübəsiz xorvatiyalılarla mübarizə aparan Azərbaycan yığmasının qarşısında bu dəfə tamamilə yenilənən və mobil Xorvatiya yığması çıxacaq. Balkanlılardan fərqli olaraq, bizim yığmanın heyətində legionerləri nəzərə almasaq, demək olar ki, dəyişiklik yoxdur. Azərbaycanda son illər ərzində bir nəfərdə olsun futzalçının yetişmədiyi üçün xorvatiyalıların qarşısına köhnə qvardiya ilə çıxacağıq. Ümumiyyətlə son 5 ildə sürətlə geriyə gedən Azərbaycan klub futzalı, yeni braziliyalı və iranlı legionerlərin milliyə cəlb edilməsi, futzalçılarımız arasında anlaşmanın istənilən səviyyədə olmamasını gözə alaraq bizim ilk oyunda çəyin anlar yaşayacağımız dəqiqdir. Üstəlik xorvatiyalılar doğma divarlar arasında çıxış edəcək. Bu amil onlara əlavə üstünlük verəcək. Yenə ümid qalır Da Silvanın "sehrbazlığı"na. Komandamız ilk görüşdə meydandan minimum 1 xalla ayrılmalıdı. Əks təqdirdə pley-offa vəsiqə qazanmaq istəyəmiz qursağımızda qala bilər. Rəqib standart vəziyyətlərdən istifadə edərək, qalib gəlməyə çalışacaq. Ancaq bu silahdan bizdə məharətlə yararlana bilərik. Joze Alesionun "baqajı"nda həmişə qeyri-adi gedişlər olur.
DÇ-2020-nin elit-raundunda ikinci matçımızı qrupun favoriti Rusiyaya qarşı keçirəcəyik. Sabah baş tutacaq qarşılaşmada futzalçılarımızdan çox ciddi mübarizə əzmi, döyüşkənlik tələb olunacaq. Rəqib bizi bütün komponentlərdə üstələyir. Üstəlik əvvəlki illərə nisbətən Rusiya yığması gücünün üzərinə güc qatıb. Şimal qonşumuzun futzal elitasında dünyanın mahir ustaları top qovur. Bizim çempionatımız haqqında isə təbii ki, danışmağa dəyməz. Bunun üçün ölkə futzalının bayraqdarı hesab edilən "Araz"ın Çempionalr Liqasındakı çıxışını xatırlamaq yetərlidi. Rusiya ilə oyunda qazanacağımız 1 xalı belə böyük qənimət hesab etmək lazımdır. Amma bu yığmaya məğlub olsaq belə, son turda Slovakiyanı yenib qrupdan çıxa bilərik. Belə olması üçün isə ilk görüşdə Xorvatiyanı udmalıyıq. Slovakiya bəzilərinə asan rəqib kimi gələ bilər. Amma bu qətiyyən belə deyil. Bakıda keçirilən dünya çempionatının əsas mərhələsinin oyununda şərqi avropalılar heçdə asan rəqib olmadıqlarını nümayiş etdirdilər. Ümumiyyətlə, bizim futzalçılarımız qapanan komandalarla matçlarda sıxıntılar yaşayır. Bunun üzərinə slovakiyalıların ucaboy və cüssəli olmasını da nəzərə alsaq, komandamızın onları meydandan başıaşağı yola salmaq üçün xeyli tərləməli olacağı görünür.
Qeyd edək ki, elit-raundun bütün matçları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunun oyunlarının təqvimini və matçların başlama saatlarını diqqətinizə çatdırırıq:
29 yanvar
Saat 20:00 Rusiya - Slovakiya
Saat 23:00 Xorvatiya – Azərbaycan
30 yanvar
Saat 20:00 Azərbaycan – Rusiya
Saat 23:00 Xorvatiya – Slovakiya
1 fevral
Saat 20:00 Slovakiya – Azərbaycan
Saat 23:00 Rusiya – Xorvatiya
Qeyd edək ki, qrup qalibiləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar aprel ayında keçiriləcək pley-off oyunlarında üz-üzə gələcək. C qrupunun ikincisi D, B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.
Digər qruplar:
A qrupu
Portuqaliya
İtaliya
Belarus
Finlandiya
B qrupu
İspaniya
Serbiya
Ukrayna
Fransa
D qrupu
Qazaxıstan
Sloveniya
Rumıniya
Çexiya
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |