Bu gün futzal üzrə Yüksək Liqa X turun oyunlarına start verilib. Sportfm.az xəbər verir ki, turun mərkəzi matçında “Neftçi” İK “Marafon”la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanı Elşad Quliyevin yetirmələri qazanıb. Bu görüşdə "Marafon"un təcrübəli futzalçısı Vitali Borisov dubl edib. Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
“Baku Fire” – “Araz” 2-10
2 dekabr. Bakı İdman Sarayı. Saat 12:00
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, İsgəndər Əliyev
“Neftçi” İK – “Marafon” 1-3
2 dekabr. Bakı İdman Sarayı. Saat 14:00
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Elmir Quluzadə
EKOL - “Premier” (Quba) 4-1
2 dekabr. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Ramiz Məhərrəmov, Anar Fərəcov, Fuad Həsənov
“Yasamal” İSK – “Bakı” TFK 1-8
2 dekabr. Bakı İdman Sarayı. Saat 18:00
Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Mahir Məmmədov