Elşad Quliyev: "Müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik"
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin Bakıda təşkil olunan əsas mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Yığmamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb. Görüş millimizin 3-1 qələbəsi ilə başa çatıb. Oyunla bağlı hazırda Yüksək Liqada mübarizə aparan "Marafon" komandasının çalışdırıcısı Elşad Quliyevin fikirlərini öyrəndik. Sportfm.az saytına danışan PRO kateqoriyalı mütəxəssis rəqibin çox hərəkətli komanda olduğunu söylədi: "Ümumiyyətlə, Ukrayna, Belarus və Moldovalı futzalçılar çox hərəkətli olurlar. Əgər yığma komandamızın baş məşqçisi Alesio Da Silva Moldovanın son oyunlarını izləmiş olsaydı, əminəm ki, bu faktı mütləq nəzərə alacaqdı. Matçın gedişinə gəlincə isə ilk hissədə biz oyun qura bilmirdik, hətta bəzi epizodlarda müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Sonra isə Alesio yavaş-yavaş rəqibi çözməyə başladı. İkinci hissədə pressinq etməyə başladıq. Belə olan təqdirdə isə qonaqlar hərəkətli olsalar belə, çox da böyük ustalığa malik olmayan oyunçularının əsl gücü ortaya çıxdı. Cəmi 3 dəfə fərqləndik, amma daha çox qol vurmaq şansımız da vardı. Mənim fikrimcə, bu qrupdan lider olaraq növbəti mərhələyə yüksələcəyik".
Qeyd edək ki, millimiz bu gün ikinci oyununa çıxacaq. Alesio da Silvanın başçılıq etdiyi milli ilk turda Slovakiyaya 0:5 hesabı ilə məğlub olmuş Monteneqronu sınağa çəkəcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |