ADBTİA-nın üzvü təhqiredici ifadələr işlətdi, AFFA onu cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda bir sıra mühüm qərarlar qəbul edilib.
29 avqust 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun II turunun “Ağsu” – “Səbail-2” matçının 51-ci dəqiqəsində “Ağsu” klubunun 7 №-li futbolçusu Ceyhun Rəcəbli hakimə təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır , klub 320 manat cərimə olunur (maddə 41.2).
14 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın IV turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” və “Zirə” klubunun bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə hər iki klub 800 manat cərimə olunur (maddə 49.6).
14 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın IV turunun “Sabah” – “Qəbələ” matçında “Sabah” və “Qəbələ” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 39).
15 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın IV turunun “Keşlə” – “Səbail” matçında “Keşlə” və “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 39).
15 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın IV turunun “Qarabağ” – “Neftçi” matçında “Qarabağ” klubunun rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur (maddə 49.6).
13 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun III turunun “Səbail-2” – “Sabah-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
“Səbail-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
“Sabah-2” klubunun nümayəndəsi oyunöncəsi iclasa 10 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur (maddə 62.1).
14 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun III turunun “Zirə-2” – “Qarabağ-2” matçında “Zirə-2” klubunun protokolda adı olmayan futbolçu meydana çıxdığına görə kluba texniki məğlubiyyət verilir, hesab olduğu kimi - 1:7 saxlanılır, klub 400 manat cərimə olunur (maddə 50.2).
Oyunun 51-ci dəqiqəsində “Zirə” klubunun 19 №-li futbolçusu Müşfiq İlyasov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 39 №-li futbolçusu Zaur Fərzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
14 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun III turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Sərxan Əhmədli ciddi qayda pozuntusuna görə 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1).
“Qaradağ Lökbatan” komandası oyunun video çəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).
11 sentyabr 2019-cu il, Gənclər Liqasının “Keşlə” – “Tufan” matçının 52-ci dəqiqəsində “Keşlə” klubunun 2 №-li futbolçusu Xəyal Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 sentyabr 2019-cu il, Gənclər Liqasının “Qəbələ” – “Qarabağ” matçının 10-cu dəqiqəsində “Qarabağ” klubunun 36 №-li futbolçusu Fərid Qasımov ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 44 №-li futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
12 sentyabr 2019-cu il, U-16 Liqasının “Səbail” – “İsgəndər Cavadov BFA” matçının 38-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 11 №-li futbolçusu Teyyub Süleymanov rəqibə təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
15 sentyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın I turunun “Altay” – “Gənclik” İK matçının 16-cı dəqiqəsində “Gənclik” İK klubunun 99 №-li futzalçısı Şəhriyar Mirzəzadən ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 sentyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın I turunun “Baker Tilly” – “Star Karqo-2” matçının 23-cü dəqiqəsində “Baker Tilly” klubunun 22 №-li futzalçısı Yadulla Əmrəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 29-cu dəqiqəsində “Star Karqo-2” klubunun 8 №-li futbolçusu Zeynalabdin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın I turunun AZMİU – “Qarabağ-Fizuli” matçının 30-cu dəqiqəsində AZMİU klubunun 1 №-li futzalçısı Fatif Demirdağ, 2 №-li futzalçısı İman Museyebov və “Qarabağ-Fizuli” klubunun 1 №-li futzalçısı Murad Gülməmmədov, 33 №-li futzalçısı Nurlan Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər biri 4 oyun cəzalanır (maddə 38.3).
14 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın I turunun “Rəyyam” MFK – ADBTİA matçının 22-ci dəqiqəsində ADBTİA klubunun 9 №-li futzalçısı Emin Cəbrayılov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
15 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın I turunun “Standard” – “Metropoliten” matçının 27-ci dəqiqəsində “Metropoliten” klubunun 15 №-li futzalçısı Ramin Nəzərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
15 sentyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın I turunun “Xızı futzal” – “Record Club” matçının 31-ci dəqiqəsində “Record Club”un 2 №-li futbolçusu Azər Nəsirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın II turunun “Baku Fire-2” – “Harmony Hotel” matçının 22-ci dəqiqəsində “Baku Fire-2” klubunun 1 №-li futzalçısı Məlik Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
Oyunun 22-ci dəqiqəsində “Harmony Hotel” klubunun 24 №-li futzalçısı Seymur Usanov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
Oyunun 22-ci dəqiqəsində “Harmony Hotel” klubunun 9 №-li futbolçusu Əsgər Hümbətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 23-cü dəqiqəsində “Baku Fire-2” klubunun 18 №-li futbolçusu Elgün Rzayevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
“Harmony Hotel” klubunun rəhbəri Orxan Kazımov və “Baku Fire-2” klubunun baş məşqçisi Teymur Eyvazov təhqiredici ifadələr işlətdiyinə görə hər biri 3 oyun cəzalanır (maddə 41.1).
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Heç kim AFFA prezidenti olmaq istəmir! 19.03.2024, 11:47
Santuş gedir, Qurbanov gəlir - İddia 19.03.2024, 11:42
Yaponlar bizdən güclü oldu - Dünya Kuboku 19.03.2024, 10:19
Ronaldo meydana çıxmayacaq 19.03.2024, 10:15
"Turan"ın futbolçusu Meksikaya qarşı 19.03.2024, 09:48
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
“Qarabağ”ın məşqçisinə 5 oyunluq cəza - QƏRAR 18.03.2024, 19:24
"Neftçi" - "Spartak" oyununun biletləri satışda 18.03.2024, 18:05
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |