"Naxçıvan təmsilçisi ölkə çempionu olmağa daha yaxındır" - Elşad Quliyev
Futzal üzrə Yüksək Liqada finiş xəttinə yaxınlaşır. Pley-off sonrası 17 mayda Bakı İdman sarayında baş tutacaq final qarşılaşmasında "Araz"la "Xəzər Cənub" üz-üzə gələcək. Saat 17:00-da start götürəcək matçla bağlı ötən ilin ən yaxşı məşqçisi seçilən Elşad Quliyevin proqnozunu öyrəndik. "Marafon"la ölkə kubokunu başı üzərinə qaldıran çalışdırıcı söhbətə Yüksək Liqanın ümumi səviyyəsini dəyərləndirməklə başladı:"Bu il Yüksək Liqa maraqlı başlamasa da, sonda çox gözəl alındı. Hamı düşünürdü ki, "Araz" asanlıqla çempion olacaq. Ancaq göründü ki, bu elə deyil. Hətta deyərdim ki, EKOL və "Neftçi" İK mövsümə yaxşı hazırlaşa bilsəydi, bu il çempion ola bilərdilər. Pley-off mərhələsində isə əsasən komandaların psixoloji cəhətdən bu görüşlərə necə hazır olması önəmli rol oynadı. Vacib qarşılaşmalarda EKOL və "Neftçi" İK-nin əsas futzalçılarının komandalarına kömək edə bilməməsi nəticələrə ciddi təsir etdi. Burda başqa məqam axtarmaq lazım deyil. Kim psixoloji olaraq belə stressə hazırdırsa, o da qalib gəldi. Əhəmiyyətli matçlarda əsəblər dözmür, vərəqələr çoxalır və belə məqamda heyətin genişliyi əsas rol oynayır"
PRO kateqoriyalı mütəxəssis "Araz" və "Xəzər Cənub" arasında baş tutacaq final matçı haqqında da fikirlərini bildirdi:"Düşünürəm ki, Naxçıvan təmsilçisi ölkə çempionu olmağa daha yaxındır. Təbii ki, onların rəqibi də çox güclü komandadır və ilk dəfədən qızl medalları qazanmağa çalışacaq, ancaq "Araz"ın oyunçularının əksəriyyəti yığmada çıxış edir və böyük təcrübəyə malikdirlər. Sonda bu amil öz sözünü deyə bilər".
Təcrübəli məşqçi ilk dəfə olaraq baş tutan pley-off mərhələsinin üstünlüklərindən də danışdı:"Əvvəlki illərdə bunu tətbiq etsəydilər çox gözəl olardı. Sona qədər intriqa yaşanır, bu hər kəs üçün maraqlıdır. Bu il xeyli sayda baxımlı oyuna şahidlik etdik, bu da bu sistemin tətbiqindən irəli gəlir".
Qeyd edək ki, Elşad Quliyev hazırda minifutbol üzrə Azərbaycan yığmasının baş məşqçisidir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |