"Çürük qoz" və ya günahkar elə Ağatahir Əzimovdur! - QEYD
Avropa çempionatının əsas mərhələsində çıxış edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının oyunlarının keçiriləcəyi tarixlər məlumdur. Ağatahir Əzimovun baş məşqçisi olduğu komandamız ilk matçda martın 27-də Kiplə üz-üzə gələcək. Daha sonra futzalçılarımız Hollandiya və Sloveniya yığması ilə qarşılaşacaq. Sloveniyada baş tutacaq görüşlərdə Azərbaycan idmanı adına daha bir biabırçılıq yaşana bilər.
2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının seçmə mərhələsində iştirak edən 17 yaşlılardan ibarət yığmamız Fuad Rzayevin rəhbərliyi altında Slovakiyada keçirdiyi 3 matçda 39 top buraxıb, qol vurmadan vətənə qayıtmışdı. Həmin vaxt alovun içinə atılaraq "yandırılan" gənc mütəxəssis saytımıza müsahibəsində şokda olduğunu, həmin məğlubiyyətlərdən sonra bir müddət özünə gələ bilmədiyini açıqlamışdı.
İndi isə əsasını həmin görüşlərdə iştirak edən oyunçulardan təşkil edilən 19 yaşlılarımız daha bir mötəbər turnirdə Azərbaycan futzalının imicini qorumalıdı. Onların hazırlığı üçün Futzal Federasiyası hətta Bakıda yoldaşlıq matçları belə təşkil etdi. Bu qarşılaşmalarda rəqibimiz olan türklər bizə göstərdi ki, Sloveniyada böyük rüsvayçılıqla üzləşə bilərik. Türklər həm də, AFFA-da oturanlara sübut etdi ki, Azərbaycan futzalı çürüz qozdur, bir balaca sıxan kimi bütün xarablıqları ortaya çıxır.
Atəşə verilən Rzayevdən sonra bu dəfə futzalımızın simvollarından biri olan Ağatahir Əzimovun depressiyaya düşəcəyi gün uzaqda deyil. Karyerası boyu daim ölkə futzalının problemlərini dilə gətirən, bu sahədə gəncləri yetişmədiyini söyləyən, yığmamızda çıxış edənlərin böyük əksəriyyətinin məktəb keçmədiyini dilə gətirən "Tahir"in əlində sehrli çubuğun olmadığını hamımız yaxşı bilirik. Ağatahir özü nə bilirsə, öyrətməyə çalışır. Ancaq, hamısı böyük futbol oynayan gənclərdən təşkil edilən yığmamızın Sloveniyadakı parket üzərində qeyri-adi nəsə göstərəcəyi inandırıcı deyil.
Bu gedişlə yenə böyük hesablı məğlubiyyətlər yaşanacaq və o zaman artıq günahkarı da axtarmaq lazım gəlməyəcək. Sən demə, günahkar elə Ağatahir Əzimovdur, hə birdə Fuad Rzayev...
Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |