Futzal çempionatında növbəti qeyri-adilik - Çempionun qapısını müdafiəçi qorudu
Futzal üzrə Yüksək Liqada 10-cu turun 2 oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, ilk qarşılaşmada son çempion “Araz” “Yasamal” İSK üzərində böyük hesablı qələbə qazanıb.
Maraqlı məqamlardan biri “Araz”ın qapısını kapitan Rizvan Fərzəliyevin qorumasıdı. Belə ki, Rövşən Hüseynli və Kamran Hacıyev cəzalı olduğuna görə “Araz”ın qapıçısı oyunçulardan biri olmalıydı. Klubun üçüncü qapıçısı olmadığından bu çətin iş kapitanın öhdəsinə düşüb.
Günün ikinci oyunu gərgin keçib. EKOL-la qarşılaşmada əvvəlcə “Xəzər Cənub” hesabı açıb. Fasiləyə qədər hesabı bərabərləşdirən EKOL ikinci hissədə də qol vurub.
Onların bu üstünlüyü 14 saniyə çəkib. Bərabərliyi növbəti dəfə Lənkəran təmsilçisi pozub. Ancaq kapitan qapıların yerini səhv saldığından, qol rəqibin aktivinə yazılıb. Masoud kapitanın səhvini 36-cı dəqiqədə düzəldib.
Araz - Yasamal İSK 26:2
Qol: İ. Atayev, 01:01, 21:42, 25:47, 35:00, R. Çovdarov, 02:55, 08:46, 24:28, 33:32, 39:20, O. Rüstəmli, 03:12, 03:47, 15:58, 31:43, 32:43, X. Bağırov, 12:06, 14:31, 23:59, 32:10, 35:36, 36:40, 36:49, 39:38, E. İbramxəlilov, 18:52, 29:57, N. İsmayılov, 27:20, R. İbrahimzadə, 37:35 - V. Səfərov, 23:32, N. Mahmudov, 39:55.
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov.
Olimpik Star. Saat 14:30.
EKOL - Xəzər Cənub 3:3
Qol: Ə. Abasov, 07:44, S. Həmzəyev, 21:09, M.Pənahande, 26:52 (a/q) - A. Mikaili, 04:31, F. Mazahevi, 21:23, M. Nasirzadegah, 35:08.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azər Əsgərov.
Olimpik Star. Saat 16:30.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |