Azərbaycan futzalında daha bir ilk - FOTO
Bu gün futzal üzrə Yüksək Liqada 3-cü turun oyunlarına start verilib.
Sportfm.az saytı Azərbaycan Futzal Federasiyasının "Facebook" səhifəsinə istinadən xəbər verir ki, saat 11:30-da keçirilən "Yasamal" İSK - "Araz" oyunu böyükhesablı nəticə ilə bərabər, maraqlı bir hadisə ilə yadda qalıb. Belə ki, debütant "Yasamal" İSK-nı əvvəlki oyuna sırf baş məşqçi kimi çıxaran Mahir Eyniyev bu dəfə oynayan məşqçi kimi komandasına kömək etməyə çalışıb. Maraqlı məqam oyun zamanı meydanda iki Eyniyevin olmasıdır. İş orasındadır ki, Azərbaycan futzalının canlı əfsanəsi Mahir Eyniyevin oğlu da "Yasamal" İSK-da çıxış edir. Məhəmməd Eyniyev bu gün atası ilə komanda yoldaşı olub. Düzdür, ata və oğlunun eyni anda meydanda olması hadisəsi ötən mövsümdə də baş vermişdi. Onda "Yasamal-2"dən çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü Tofiq Hüseynov rəqib olmuşdular. Bu dəfə isə ata və oğul yumruğu bir nöqtəyə vurmağa çalışıb.
Ancaq ata Eyniyev zədəli olduğuna görə meydanda az qalıb və texniki zonaya qayıtmalı olub. Oyundan sonra Eyniyevlər maraqlı hadisəylə bağlı fikirlərini bildirib. Mahir Eyniyev bunun oğlu üçün müsbət məqam olduğunu vurğulayıb:
"Əslində, nə vaxtsa oğlumla komanda yoldaşı olacağımı düşünmürdüm. Bu da bir qismətidi. Təbii ki, mənim meydanda olmağımdan oğlum daha çox faydalana bilər. Təcrübəm, məsləhətlərim onun üçün gərəklidir. Onu da qeyd edim ki, oğlum olduğuna görə ona hansısa üstünlük yaradılmır. Biz meydandan kənarda ata-oğuluq, ancaq meydanda komanda yoldaşıyıq və hamımız bir məqsəd üçün çalışırıq".
Məhəmməd isə atasının meydanda olmasının onda özünəinamı artırdığını bildirib:
"Nəticə yaxşı olmadı. Bizim əksər üzvlərimiz böyük futbolda oynayır. "Araz"ın heyətində isə təcrübəli, ustalıq səviyyəsi yüksək olan futzalçılar cəmləşib. Atamın meydanda olması isə mənim üçün böyük dəstəkdir. Ondan öyrənəcəyim çox şey var. Mahir Eyniyev Azərbaycan futzalının canlı əfsanəsidir. Bizim kimi bu sahədə addımlarını atan futzalçılar onun təcrübəsindən, texnikasından faydalanmalıyıq. Həqiqətən də, maraqlı hadisə yaşandı. Belə olacağını heç vaxt düşünməmişdim".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |