Futzal Federasiyası komandaları necə aldatdı?
Ötən ilin 29 sentyabrında futzal üzrə Yüksək Liqanın püşkatma mərasimi zamanı AFF-in baş katibi Mahmud Sadıqovun pley-off oyunları keçirmək ideyası komandalar tərəfindən dəstək görmədiyi üçün "suya düşdü". Ancaq oktyabrın 26-da futzal federasiyasının baş katibi yeni ideyanı bu dəfə Birinci və İkinci Liqanın püşkatmasında bir daha irəli sürdü. İşində daim "yeniliklərə" can atan federasiyasının bu ideyası Birinci Liqa klubları tərəfindən bəyənildi və bu mövsümdən etibarən pley-off mərhələsinin baş tutacağı rəsmən bəyan edildi.
Sportfm.az saytına daxil olan məlumata görə, hazırda finiş xəttinə yaxınlaşan Birinci Liqada pley-off matçları keçirilməyəcək. Məsələ ilə bağlı saytımıza danışan baş katib Mahmud Sadıqov belə bir problemin gündəmdə olduğunu inkar etmədi:"Bəli, belə bir problemlə üz-üzəyik. Ola bilər ki, pley-off qarşılaşmaları olmasın. Buna səbəb isə bir neçə komandanın bu matçlarda iştirak etmək istəməməsi ilə bağlı bizə müraciət etməsidir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək".
Qeyd edək ki, əldə etdiyimiz informasiyaya görə, artıq məsələ dəqiqləşib və federasiya mövsümün əvvəlində özünün ortaya atdığı ideyanı həyata keçirməyəcək. Sadəcə maraqlıdır, görəsən, futzal federasiyası bu ideyanı reallaşdırmayacaqdısa, niyə ortaya atırdı? Mövsümboyu pley-off oyunlarına vəsiqə qazanmaq üçün komandaların çəkdiyi əziyyətin, xərclədiyi pulun, tökdüyü alın tərinin əvəzini kim verəcək?
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |