ADBTİA tələbələri futzal turnirindəki haqsızlığa belə etiraz etdilər - VİDEO
Futzal üzrə ali və orta ixtisas məktəbləri arasında keçirilən "Tələbə Kuboku"nda mübarizə aparan ADBTİA komandası haqsızlıqla üzləşib.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, bu durum turnirdə iştirak edən "idmançı tələbələr" Bakı Dövlət Universitetinin komandasını 22-0 hesabı ilə məğlub etdikdən sonra yaranıb. Oyundan bir gün sonra 1/4 finalda iştirak etmək üçün "Neftçi Baza"nın idman zalına gələn ADBTİA komandası şok xəbərlə qarşılaşıb. Turniri təşkil edən Tələbə Futbol Federasiyasının və Təhsil Nazirliyinin rəsmiləri bildirib ki, ADBTİA-ya texniki məğlubiyyət verilib və 1/4 finalda BDU-nun komandası çıxış edəcək. Səbəb kimi isə oyunçuların bəzilərinin peşəkar futzalçı olması göstərilib. Qərara etiraz edərək, apellyasiya vermək istəyən "idmançılar"ın rəhbərliyinə isə deyilib ki, bunu edə bilməzsiniz. Çünki, turnirdə apellyasiyalara baxılmır. İddialara görə, məlum hadisədən sonra BDU komandasının üzvü olan bəzi tələbələr bildirib ki, onsuzda ADBTİA-ya məğlubiyyət veriləcəyini öncədən biliblər. "İdmançı tələbələr" haqqlarının tapdalanması ilə razılaşmayıblar. Nəticədə onlar BDU-nun meydana çıxdığı oyunda etirazlarını fərqli şəkildə dilə gətiriblər.
Qeyd edək ki, futzal üzrə Birinci Liqada yarışan ADBTİA-nın üzvləri peşəkar statusa malik deyillər. Belə ki, Birinci Liqa həvəskar yarış statusu daşıyır.
Həmin görüntüləri sizlərə təqdim edirik.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |