9 iranlı, cırıq top və uduzan "Neftçi" - QEYD
Ötən gün futzal üzrə ölkə kuboku uğrunda yarışlara start verildi. Standartlara uyğun olmayan Olimpik Star İdman Kompleksinin zalında keçirilən matçların ən gözləniləni ilk oyun idi. 1/8 final mərhələsinin saat 12:30-da start götürən matçında 2-ci liqa təmsilçisi VİP-lə Yüksək Liqada mübarizə aparan "Neftçi" İK üz-üzə gəlirdi. U-17 millimizə də rəhbərlik edən Fuad Rzayevin çalışdırdığı VİP-in Kubok görüşləri üçün İrandan 9 yeni futzalçını heyətinə qatması oyundakı intriqanı birəbeş artırmışdı. Futzal Federasiyasının Kubok qarşılaşmalarında yeni oyunçuları sifariş etməyə icazə verməsindən sonra bundan yararlanan və heyətini tamamilə yeniləyən VİP FK-nın iddiası ilk matçda üzə çıxdı. Gərgin keçən oyunda birinci qolu İlqar Aslanovun rəhbərlik etdiyi "Neftçi" vursa da, daha sonra VİP-in iranlıları rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət etdi. Federasiyanın verdiyi cırıq topla oynanan matçda iki tərəfin sərt oyuna üstünlük verdiyini nəzərə alsaq, baş hakim Elçin Məmmədovun göstərdiyi sarı vərəqələrin sayının çox olması təəccüb doğurmamalıdı. Hətta bir neçə epizodda Elçin Məmmədov əlini qırmızı vərəqəyə atmalı olsa da, o bunu etmədi. Məmmədov irəliləyən dəqiqələrdə yenə diqqət mərkəzinə düşdü. Belə ki, topun sökülmüş olmasına və ötürmələr zamanı düzgün traektoriya ilə hərəkət etməməsinə etiraz edən futzalçılar onun dəyişdirilməsini tələb etdikləri üçün Olimpik Starın rəsmilərindən biri hakimə yeni top təqdim etsə də, referi onu qəbul etmədi. Məmmədov qərarını, reqlamentdə "Selekt" şirkətinin istehsalı olan topun qeyd olunduğunu söyləyərək, əsaslandırmağa çalışdı. Oyuna gəlincə isə hesab 3-1 VİP-in xeyrinə olarkən "Neftçi" komandası iki dəfə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə etdi. Ancaq "Neftçi"nin futzalçıları bundan yararlana bilmədi. Elə VİP-in üzvləri də rəqiblərindən geri qalmadı. Belə ki, Fuad Rzayevin komandasının yerinə yetirdiyi 10 metrlik cərimə zərbəsini Elnur Zamanov ustalıqla dəf etdi. Beləliklə, VİP FK Kuboka iddialı olduğunu açıq-aşkar göstərdi.
Qeyd edək ki, növbəti mərhələdə VİP FK daha bir Yüksək Liqa təmsilçisi EKOL-la üz-üzə gələcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |