Aldadılan azarkeş, əzilən türk tələbələr və 13 manatlıq kubok - QEYD
Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində futzal yığmamız Türkiyə ilə üz-üzə gəldi. Əvvəlcə onu qeyd edim ki, bu turnirdə 28 yaşına qədər olan futzalçılar çıxış edə bilərdi. Yığmamızın baş məşqçisi elə də etmişdi. Yerli klublarda çıxış edən oyunçuları başına toplayan Alesio bir məqamı tamamilə yaddan çıxarmışdı. Axı bu universitet idman oyunları idi. Milli komandamızın heyətində isə universitetdə təhsil alan cəmi bir neçə futzalçı vardı. Qalanları isə həmişə olduğu kimi "düzülüb-qoşulmuşdu".
Elçin Səmədlinin idarə etdiyi oyunda azarkeşlər Türkiyənin futzal yığmasına qarşı mübarizə apardığımızı düşünsə də, bu qətiyyən belə deyildi. Çünki bizdən fərqli olaraq, türklər heyətə əsl tələbələri cəlb etmişdi. Özü də bu tələbələr yalnız İstanbul şəhərinin ali təhsil ocaqlarında oxuyanlar idi. Yəni faktiki olaraq, Azərbaycanın 2-ci yığması həvəskar oyunçuları "qabağına qatmışdı". Özü də hazırda 1-ci Liqada çıxış edən 17 yaşlılarımızın geyindiyi formalarla(matç bitər-bitməz futzalçılardan həmin formalar toplanaraq, 17 yaşlılara geri qaytarıldı).
Azərbaycan futzalının "xilaskarı" Joze Alesio Da Silva türklərlə matç üçün əsas yığmamızın daimi üzvləri olan Rövşən Hüseynlini, Ramiz Çovdarovu, həmçinin millimizin toplanışlarında iştirak edən Nihad İsmayılovu, Oktay Rüstəmlini, Fərid Atakişiyevi də heyətə cəlb etmişdi. Elə 9-2 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada əsasən yuxarıda adları çəkilən futzalçılar çıxış etdi. Yalnız top fərqi 6-ya çatdıqdan sonra braziliyalı mütəxəssis kütləvi şəkildə əvəzetmələrə əl atdı. Azərbaycan Texniki Universitetinin idman zalında toplaşanlar görüşün sonundakı mükafatlandırma mərasiminə qalmasa da, yığma üzvlərinə verilən, Gənclik metrosunun yaxınlığındakı idman malları mağazasında 13 manata(1) satılan kubok diqqəti çəkməyə bilməzdi. Tədbirdən sonra saytımızın suallarını cavablandıran Türkiyə tələbələrinin çalışdırıcısının "bizə inkişaf, sizə isə nəticə lazımdır" sözləri futzalımızın hazırkı durumunu bütün çılpaqlığıyla ortaya sərdi. Mütəxəssis bilmir ki, bizim üçün əsas "Milli komandamız Türkiyəni məğlub etdi" başlığıdır.
Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |