"Azərbaycana ancaq bir şərtlə qayıdaram" - MÜSAHİBƏ
O da digərləri kimi Azərbaycana, doğma vətəninə böyük ümidlərlə gəlmişdi. Elə bir çoxları kimi də burdan arzuları puç olaraq geri döndü. Ancaq digərlərindən fərqli olaraq o tez qərar verdi. Burda çox qalmadı. Həmsöhbətim futzal üzrə son Azərbaycan çempionu olan "Araz"ın sabiq üzvü, qış fasiləsində Naxçıvan təmsilçisini tərk edən 21 yaşlı Ramil Quliyevdir.
- Ramil, sən Rusiyada çıxış edəndə adın daim mətbuatın gündəmində idi. Hətta bir dəfə səni Tümendə yetişən ən yaxşı gənc futzalçı adlandırmışdılar. Necə oldu ki, Azərbaycana gəldin?
- Düzdür, mən burda çıxış etdiyim zaman ən perspektivli futzalçılardan hesab olunurdum. Ancaq Azərbaycan Futzal Federasiyasından təklif gələndə götür-qoy etməyə başladım. Onlar mənə yığmada çıxış edəcəyimi, "Araz"la avrokuboklarda oynayacağımı söylədilər. Mən də razılaşdım. Axı, yığmada oynamağı kim istəməz?! Bakıya getdikdə isə dediklərinin heç biri olmadı.
- Bəlkə Tümendə aldığından daha artıq pul təklif ediblər. Ona görə razılaşmısan.
- Nə danışırsınız?! Mən Tümendə Bakıdan çox maaş alırdım. Ora ancaq yığmada oynamaq ümidi ilə getmişdim. Sadəcə yığmada oynamaq perspektivi "gözümü bağladı". Azərbaycanda bir çox futzalçıların oynadığı pula oynayırdım.
- Federasiya rəsmilərinə verilən vədlərin niyə yerinə yetirilməməsi ilə bağlı sual verdin?
- Əlbəttə. Əvvəllər dedilər ki, sən yığmada oynamaq üçün çox gəncsən. Sonra çəkimin artıq olduğunu bildirdilər. Mənə şans vermədikləri üçün geri döndüm. Bu yaşda ehtiyatda oturmaq istəmirəm. Mən meydanda olmalıyam. Buna görə evə(Tümenə-red.) qayıtdım. Həm də başqa ölkədə tək yaşamaqdan bezdim(Quliyev Rusiya vətəndaşıdır-red.).
- Hazırda çıxış edirsən?
- Xeyr. Bakıdan gəldikdən sonra 12 kq çəki atmışam. Gündəlik intensiv məşqlər edirəm. Yayda komanda axtarışına başlayacam.
- Azərbaycanda çox şey itirdin?
- Mənim itirdiyim vaxt oldu. Rusiyaya ayıq başla qayıtmışam. Artıq başqa tərzdə yaşayıram.
- "Araz"da ən çox kiminlə dostluq edirdin?
- Komanda üzvlərinin hamısı ilə münasibətim yaxşı idi. Uşaqlar mənə daim kömək edirdi. Ümumiyyətlə, Bakı bir şəhər kimi xoşuma gəlirdi.
- Azərbaycan klublarından yenə transfer təklifi gəlsə, qəbul edərsən?
- Ancaq bir şərtlə Azərbaycan qayıdaram - daimi oynamalıyam. Məni başa düşmək lazımdır.
- Yığmamızın baş məşqçisi sənə dəvət göndərərsə, cavabın nə olacaq?
- Əvvəlcə onu bildirim ki, dəvət gəlsə çox sevinərəm. Digər tərəfdən isə dəvəti qəbul edib-etməməyim məni yığmaya nə üçün çağıracaqlarına bağlıdır.
- Azərbaycan çempionatının səviyyəsi səni qane etdimi?
- Yüksək Liqanın səviyyəsini Tümen vilayətinin futzal çempionatı ilə müqayisə etmək olar. Düşünürəm ki, vilayət çempionatında çıxış edən heç bir komanda "Araz"a asanlıqla məğlub olmaz.
- Bəs, Yüksək Liqada hansı futzalçıların oyunu sənin diqqətini çəkdi?
- EKOL-dan Namiq Məmmədkərimov çox təcrübəlidir. "Marafon"un üzvü Seymur Məmmədovun da oyununu bəyənirdim. Bu iki futzalçını seyr etmək mənə zövq verirdi.
- Bakıda tək qalırdın?
- Bəli, klub şəhərin mərkəzində mənim üçün ev kirayələmişdi. İlk 3 hər şey yaxşı idi. Sonra isə vəziyyət qəlizləşdi. Doğmalarım üçün darıxmağa başladım.
Söhbətləşdi: Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |