Rizvan Fərzəliyev: Bunlar bəyəm mənim dostumdur? - MÜSAHİBƏ
Futzal üzrə Yüksək Liqada qış fasiləsi başa çatıb. Lider "Araz" 15-ci turda EKOL-u 3:0 hesabı ilə məğlub edib. Matçın bitimində Sportfm.az saytına danışan yığmamızın və Naxçıvan klubun kapitanı Rizvan Fərzəliyev son zamanlar onun artıq yaşının keçdiyini deyənlərlə razılaşmadığını bildirib:"Deyirlər Rizvan qocalıb çatdırmır, yığmadan getməlidir. Qardaş, axı, baş məşqçi mənə dəvət göndərirsə, necə oynamaya bilərəm? Mən uzun illərdir yığmanın şərəfini qoruyuram, hər dəfə fərqli mütəxəssislərlə çalışmışam. Bunlar bəyəm mənim qohumumdu, yoxsa dostumdu? Oynamışam ki, heyətdə yer almışam. Sabah baş məşqçi məni dəvət etməsə, o zaman mən də oynamayacam. Dəvət edirsə, demək ki, ehtiyac var. Bu gün bir gənc gəlsin mənim yerimdə oynasın, sevə-sevə formamı ona verərəm. Amma hamımız bilirik ki, indi beləsi yoxdur. Birdə ki, mən axı niyə çıxış etməyim? Özümü formada hiss edirəm, baş məşqçi mənə inanır".
Qeyd edək ki, Rizvan Fərzəliyev 2003-cü ildən yığmamızın şərəfini qoruyur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |