"Neftçi"nin oyunçusu meydanda özündən getdi - Onu ayıltmaq mümkün olmadı! - ŞOK
Bu gün Olimpik Star İdman Kompleksində futzal üzrə Yüksək Liqanın 14-cü turu çərçivəsində "Neftçi"nin "Marafon"a qarşı oyunun sonlarına yaxın dəhşətli hadisə yaşanıb.
Sportfm.az saytı xəbər verir ki, matçın bitiminə 1 dəqiqə qalmış, "Neftçi"nin iranlı legioneri Sadiq Cavid qəfildən yerə yıxılıb. Bunu görən hakim Elçin Məmmədov, dərhal görüşü saxlayıb. Özündən gedən gənc futzalçını ayıltmaq üçün meydanda mübarizə aparan hər iki komandanın həkimləri və Futzal Federasiyasının tibbi personalı səfərbər olsa da, bu mümkün olmayıb. Tezliklə qarşılaşmanın keçirildiyi Olimpik Star İdman Kompleksinə təcili tibbi yardım dəvət olunub. Oyunçunu yerində müayinə edən həkimlər, onun xəstəxanaya aparılmalı olduğunu bildirib. 1 saylı Bakı şəhər xəstəxanasına(Semaşko) aparılan Sadiqi hələ də ayıltmaq mümkün olmayıb. Həkimlərin saytımıza verdiyi məlumata görə, hücumçunu özünə gətirə bilmirlər. Sən demə, ötən tur “Araz”la görüşdə zədə alan futzalçının əvvəllər də belə halla üzləşib. Arxada qalan mövsümdə “Yasamal”ın heyətində çıxış edən Sadiqin, iki-üç dəfə meydanda özündən getdiyi məlum olub. Bu haqda Sportfm.az saytına “Yasamal” komandasının direktoru Orxan Allahverdiyev danışıb. Kritik vəziyyətdə olan oyunçunu xəstəxananın qarşısında gözləyən komanda yoldaşları da yalnız buraxmır. Reanimasiyaya yerləşdirilən futzalçının durumu ilə məlumat anbaan saytmızda olacaq...
Saat 20:32: Reanimasiyada olan futzalçı hələ də ayılmayıb...
Saat 22:11 Sadiq Cavidi özünə gətirmək mümkün olmayıb...
Saat 0:12 Oyunçu hələ də reanimasiyadadır...
Saat 7:25 Futzalçı özünə gəlib...
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |