AZAL rəsmisi:"Səkkiz komandanın iştirakı ilə çempionat keçirməyə məcburuq"
"Cərimə və rüsum məsələsində klublara güzəşt olundu. Klubların son təkliflərinin nəzərə alınması təqdirəlayiq haldı". Sportfm.az xəbər verir ki, bu sözləri apasport.az saytına AZAL-ın vitse-prezidenti, Klublar Komitəsinin sədri Fikrət Hüseynov deyib. AFFA-nın İcraiyyə Komitəsi sonuncu iclasında çempionatda 8 komandanın iştirakını təsdiqləməklə yanaşı, klubların maddi vəziyyətini nəzərə alaraq, legionerlərə tətbiq olunan rüsum və cərimələrin məbləğini azaldıb. Bununla bağlı fikirlərini bölüşən Hüseynovun fikrincə, iştirakçı komandaların sayının azalması bir qədər yaxşı hal olmasa da, İcraiyyə Komitəsi mövcud vəziyyəti qiymətləndirərək belə qərar verib: "Lisenziyalaşdırma prosesindən keçə bilməyən klublar gec-tez kənarda qalmalı idi. Çox təəssüf ki, bugünkü gerçəklik belədi. Biz 8 komandanın iştirakı ilə çempionat keçirmək məcburiyyətindəyik. Fikrimcə, bu müvəqqəti haldı. İcraiyyə Komitəsinin qərarlarında gələcəyə hesablanan məqamlar da var. Elə indidən klubların lisenziya ala bilməsi üçün tədbirlər planı hazırlanması məsələsi tələb kimi qarşıya qoyulur. Yəqin ki, AFFA yaxın zamanlarda bu məsələ ilə bağlı konkret fikir bildirəcək. Klublar Komitəsi olaraq, biz də köməyimizi göstərməyə hazırıq. Öz təcrübəmizi birinci divizion klubları ilə bölüşə bilərik. Onlara əməli yardım etmək olar. Eyni zamanda növbəti çempionatın təşkilində və keçirilməsində AFFA və PFL-ə dəstək verməliyik". Klubların sayının azalması çempionatın təqviminə də mənfi mənada təsir edəcək. Belə ki, oyunların sayı azalacaq. Elə KK sədri də bu problemdən çıxış yollarının tapılmasının tərəfdarıdı: "Bu problemi də yoluna qoymaq olar. Fikrimcə, oyun sayının artması üçün ən yaxşı vasitə ölkə kubokudu. Məncə, kubokun formatını dəyişmək lazımdır. Məsələn, Türkiyə modelini tətbiq edə bilərik. 8 elita komandası və 8 birinci divizion təmsilçisinin iştirakı ilə 4 qrup yaratmaq mümkündü. Hər qrupdan iki komanda növbəti mərhələyə çıxır. Burada isə "olimpiya sistemi” ilə kubokun qalibi müəyyənləşir. Görün, nə qədər oyun alınır? Bu sistemin müsbət tərəfləri kifayət qədərdi. Öncə birinci divizionu ölkəyə tanıdacağıq. Oyunları canlı yayınla təqdim etməklə həmin komandaların təbliğatını aparmaq olar. Birinci divizion klubları elita klubları ilə qarşılaşmaqla təcrübə toplayacaq, bölgələrdə futbol bayramı yaşanacaq. Güclü klublarımızın bölgələrə səfəri azarkeş marağını artıracaq, həmin regionlar futbolla daha ciddi maraqlanacaq. Premyer Liqada oynamaq şansı qazana bilməyən futbolçular itib-batmayacaq, onlara özlərini göstərmək üçün yaxşı imkan yaranacaq. Klub rəhbərliyi, bölgəni idarə edən şəxslərin məsuliyyəti artacaq, stadionlar, infrastruktura qayğı göstəriləcək. Bütün xalqın seyr etdiyi matçların keçirildiyi meydançalar istər-istəməz diqqət mərkəzində saxlanılacaq". Hüseynov bildirib ki, AFFA və PFL bu təklifi müzakirəyə çıxara bilər: "Təklifimin nə dərəcədə qəbul olunmasını zaman göstərəcək. Sadəcə, detalları ciddi müzakirə etmək lazımdı. Yəqin ki, növbəti mövsümün Əsasnaməsi hazırlanarkən klubların mövqeyi öyrəniləcək. Onda da biz öz fikrimizi bildirəcəyik".
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 21 | 13 | 6 | 2 | 37-14 | 45 |
2 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
3 | İmişli | 21 | 12 | 6 | 3 | 32-13 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 21 | 9 | 5 | 7 | 26-25 | 32 |
6 | Zaqatala | 21 | 5 | 8 | 8 | 25-28 | 23 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 21 | 4 | 4 | 13 | 24-36 | 16 |
10 | Araz Saatlı | 21 | 3 | 1 | 17 | 22-62 | 10 |