"Neftçi" 8-ci qələbəsini necə qazandı? - TAKTİKİ TƏHLİL
"Neftçi”də yubiley tədbirləri çərçivəsində futbolçuların forma və nömrələri ilə yanaşı, heyətdə də bəzi dəyişikliklər diqqət çəkirdi. Zədəli Pavel Dreksanın yoxluğunda Elxan Abdullayev Jayro və ya Elvin Bədəlova güvənməyərək, kapitan Ruslan Abışovu müdafiənin mərkəzinə çəkmək qərarına gəlmişdi. Belədə yenidən start heyətinə qayıdan Zdenek Folprext dayaq yarımmüdafiəçisi mövqeyində Tərzin Cahangirovla tandem təşkil edirdi. Elxan müəllimin hücumda Seqoviaya yox, Barqasa şans verməsi də maraqlı məqamlardan idi.
Zaur Svanadze isə "qalib heyəti dəyişməzlər” prinsipi ilə hərəkət edərək, ötən tur "Sumqayıt” üzərində qələbə qazanan 11-liyə güvənmişdi.
Həm yubiley ab-havasının, həm də son turda "Qəbələ” üzərində qələbənin verdiyi motivasiya ilə meydana çıxan "Neftçi” ilk dəqiqələrdən üstünlüyü ələ keçirdi. İstəkli, əzmkar görünən "ağ-qaralar” dayanmadan hərəkət edir, sürətli ötürmələrlə kəsərli hücumlar qurmağa çalışırdılar. Elxan Abdullayev yetirmələrinə tez-tez yerdəyişmələr etməyi, topu boş zonalara açılaraq qəbul etməyi tapşırmışdı. Çünki "İnter”in müdafiə xətti sıx olsa da, bir qədər ləng idi və məhz belə sürətli və yerdəyişməli oyun hesabına həmin müdafiəni yarmaq olardı. Çox güman ki, elə buna görə də Elxan Abdullayev hücumda "ağır” Seqovianın əvəzinə daha çevik Barqasa güvənmişdi.
Həqiqətən də "Neftçi”nin belə oyunu qarşısında "İnter” çətin anlar yaşayırdı. Qonaqlar müdafiədə çoxluq təşkil edərək, rəqib hücumlarının qarşısını çox çətinliklə ala bilsələr də, səmərəli əks-hücumlar qurmağı bacarmırdılar. Belədə komandanın əsas ümidi standart vəziyyətlərə qalmışdı. Təsadüfi deyil ki, "İnter” ilk təhlükəli hücumunu da 18-ci dəqiqədə cərimə zərbəsindən sonra yaratdı: Xizanişvilinin zərbəsinin qarşısını Ruslan Abışov ala bildi. Məhz bu epizoddan sonra "İnter” özünə gəlməyi və oyunu bərabərləşdirməyə nail oldu. Lakin "Neftçi” tədricən rəqibi yormağı bacararaq, hissənin sonlarına doğru hücumlarının sayını artırdı. Nəhayət, 42-ci dəqiqədə cərimə meydançası daxilində topu ələ keçirən Barqas hesabı açmaqla yanaşı, Elxan Abdullayevin hücumdakı seçiminin də doğru olduğunu isbatladı.
Hesabda geri düşən "İnter” 2-ci hissəyə daha fəal başladı. Svanadze yetirmələrinə mövqelər üzrə daha irəlidə qərarlaşmağı tapşırmışdı. Bununla belə, "ağ-qaralar” rəqib futbolçulara qarşı yaxın oynayır, onlara "əl-qol açmağa” imkan vermirdilər. Top "Neftçi”də olduqda isə flaqman təhlükəli əks-hücumlar qura bilirdi. Bir sözlə, ikinci hissədə "İnter” nə qədər cəhd etsə də, üstünlüyü ələ almağı bacarmadı. Əksinə, fasilədə Namiq Ələsgərovu əvəzləmiş Rəhman Hacıyev 69-cu dəqiqədə 2-ci qolu vurmaqla Elxan Abdullayevin daha bir addımının doğru olduğunu göstərmiş oldu. Düzdür, cəmi 2 dəqiqə sonra Nizami Hacıyev hesab arasındakı fərqi azalda bildi. Lakin burada Svanadzenin hansısa müdaxiləsinin rolundan yox, Nizaminin fərdi bacarığından danışmaq lazımdır. Ümumiyyətlə, Zaur Svanadze komandası məğlub durumda olmasına baxmayaraq, yenə də risk etməyə, ən azı dördlü müdafiə xəttinə keçməyə ehtiyac duymadı. Cəmi 2 dəyişiklikdən istifadə edən baş məşqçi eynimövqeli oyunçuları əvəzləməklə kifayətləndi. Lakin bu dəyişiklər lazımınca effekt vermədi və "Neftçi” yubiley günündə qələbəyə sevinməklə yanaşı, 4-cü yer uğrunda mübarizəyə də yaxından qoşulmuş oldu.
Samir Vəliyev, futbol eksperti, Extratime.az
Biz İzləyin
Paylaşın
Xəbər lenti
"Qusar"dan böyükhesablı qələbə - II Liqa 18.04.2024, 19:40
"İmişli"dən bərabərlik, liderdən qələbə - I Liqa 18.04.2024, 18:36
Azərbaycanlı hakim Paralimpiadanın yarışlarını idarə edəcək 18.04.2024, 17:10
Ölkəmizi Avropa çempionatında təmsil edəcək şahmatçılar - SİYAHI 18.04.2024, 17:07
Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu 18.04.2024, 16:40
Millimizin heyətində dəyişiklik edildi 18.04.2024, 15:34
Ayşən Abduləzimova Macarıstan çempionu oldu 18.04.2024, 14:21
"Kəpəz"in futbolçusuna ağır cəza - QƏRAR 18.04.2024, 14:18
Qadın məşqçi A kateqoriyası aldı - Uğur 18.04.2024, 13:45
Misli Premyer Liqası
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |