Bakı "İnter"i çempionluğu və kubokda qələbəni satıb! - SENSASİYA
Moldova millisinin sabiq oyunçusu İon Testimitsianu Azərbaycan Premyer Liqasında (2008/09 mövsümü) oynadığı dövrlər barədə sensasiyalı açıqlama verib.
Qol.az-ın verdiyi məlumata görə, o, komandası "İnter”in çempionluğu satdığını iddia edib. Vəteran müdafiəçi əvvəlcə Bakının "İnter” klubuna 34 yaşında keçdiyini xatırladıb:
"Onları təcrübəli futbolçular lazım idi. Baş məşqçimiz Kuçuk məni "Şerif”dən buraxmaq istəmirdi. Çünki komanda Çempionlar Liqasının seçmə mərhələsində oynayırdı. Azərbaycandan isə mənə ö dövr üçün yüksək pul təklif etdikləri üçün qəbul etdim”.
O, hazırda fəaliyyətini dayandıran "Bakı” ilə 2008/2009 mövsümündə aralarındakı rəqabətə də toxunub: "Demək olar ki, bütün çempionat boyu biz turnir cədvəlinin ilk pillələrində bərabər addımlayırdıq. Bizim "Bakı”dan 1, ya 2 xallıq üstünlüyümüz vardı. Onda onlara ilk oyunda 3:1 qalib gəlmiş, ikici matçda 0:1 hesabı ilə uduzmuşduq. Yaxşı kollektivimiz vardı və kubokun finalına vəsiqə qazanmışdıq. Azərbaycana gedəndə demişdim: mən çempion olmaq və arzumu gerçəkləşdirmək istəyirəm. Amma sonradan elə alındı ki, məni, Oleq Şişkini və Valentin Belkeviçi - hansı ki, komandanın aparıcı oyunçuları idi - son 4 oyunda heç bir səbəb göstərmədən iştirak ərizəsinə salmadılar. Bildiyimə görə, o vaxt klub rəhbərliyinin borcu vardı. Ona görə də onları sadəcə, çempionluğu satdılar. Mən buna görə hiddətləndim, hətta klubun idman direktorunun yanına da getdim. Xahiş etdim ki, müqavilə ilə mənə çatacaq pulu ödəsinlər və beləlillə, vətənə qayıtdım. Sonra poçtla mənə gümüş medal göndərdilər. Amma mən qəlbimdə özümü Azərbaycan çempionu sayıram. Ölkə kubokunun finalına da televiziyada baxdım və sadəcə, güldüm. Çünki onlar finalı da satmışdılar. Öleq Şişkin oyundan sonra mənə zəng vurmuşdu, qəzəbli şəkildə dedi: "Vanya, bu, biabirçılıqdı”.
Qeyd edək ki, 2008/09-cu ildə Azərbaycan çempionu "Bakı”, kubokun qalibi isə "Qarabağ” olub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |