Zaur Svanadze: "Toplanış komanda üçün faydalı oldu"
"İnter"in baş məşqçisi Zaur Svanadze "Orenburq"lə oyun barədə danışıb.
Sportfm.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında gürcü mütəxəssis həm də Türkiyə toplanışını dəyərləndirib: "Bu gün Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını Rusiya Premyer Liqasının təmsilçisinə qarşı keçirdik. İki fərqli hissə oynadıq. İlk hissədə az sürətli oynadıq, ancaq qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Təəssüf ki, həmin anlarda sürətli hərəkət etmədik. İkinci hissədə, ötən oyunlarda olduğu kimi, sürəti artırdıq və oyunumuz alınmağa başladı. Yaxşı qol vəziyyətlərimiz oldu, doğrudur, həmin vəziyyətlərdən yararlana bilmədik. Rəqib komanda, demək olar, qapımıza iki dəfə zərbə endirdi, onlardan da biri qol oldu. Həmin qol da cərimə zərbəsindən vuruldu. Buna baxmayaraq, komanda özündə güc taparaq, hesab arasında fərqi aradan götürməyə müvəffəq oldu. Çox yaxşı kombinasiya qurdular və Pərdis Fərcad-Azad hesabı bərabərləşdirdi. Ümumilikdə, komandanın oyunundan razı qaldım".
Gürcüstanlı çalışdırıcı Antalya toplanışının komanda üçün faydalı olduğunu deyib: "Türkiyə toplanışını ümumiləşdirərək demək olar ki, komandanın hazırlığından razı qaldıq. Çox yaxşı komandalarla qarşılaşdıq. Yoxlama matçlarının hamısında qalib də gələ bilərdik. Oyunlarda müdafiədə çox yaxşı oynadıq. Hücumlar təşkil edərək, rəqiblərin qapısı önündə təhlükəli vəziyyətlər də yaratmağa müvəffəq olduq. Ümumilikdə, toplanış komanda üçün faydalı oldu. Komandanın çempionatın ikinci yarısına nə qədər hazır olduğunu isə zaman göstərəcək. Bizi sevindirən məqamlardan biri də budur ki, toplanış zamanı heç bir futbolçu zədə almadı".
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
“Qarabağ”ın məşqçisinə 5 oyunluq cəza - QƏRAR 18.03.2024, 19:24
"Neftçi" - "Spartak" oyununun biletləri satışda 18.03.2024, 18:05
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar 18.03.2024, 17:56
"Bakı Sportinq"dən böyükhesablı qələbə - II Liqa 18.03.2024, 17:23
Azərbaycan millisinin oyunlarına hakim təyinatları 18.03.2024, 15:52
Fransa millisinin AÇ-2024 üçün formaları - FOTO 18.03.2024, 15:48
Lunyov Rusiya millisinə qoşuldu 18.03.2024, 15:29
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |