Göygöldə "Live Your Goals" festivalı keçirilib - FOTO
Göygöl şəhərində Göygöl Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə "Live Your Goals” ("Öz məqsədlərini yaşat”) festivalı keçirilib.
Sportfm.az xəbər verir ki, 117 nəfər qızın qatıldığı tədbirdə Uelsdə keçirilən Avropa çempionatının I təsnifat mərhələsində qrup qalibi olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Əsgərov və komandanın üzvü, müxtəlif beynəlxalq turnirlərin iştirakçısı Manə Mollayeva iştirak ediblər. "Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır. Azərbaycanda "Live Your Goals” ("Öz məqsədlərini yaşat”) silsilə tədbirləri 2012-ci ildən keçirilir. Festival həmin il martın 12-də "Dalğa Arena"da, aprelin 30-da Zaqatalada, iyunun 8-də Qubada, iyulun 28-də Şəkidə, avqustun 30-da Masallıda, həmçinin sentyabrın 18-də Bayıl stadionunda müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.
2014-cü ildə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində, 2015-ci ildə Xaçmaz Olimpiya İdman Kompleksində və Qəbələ şəhər stadionunda, 2016-cı ildə isə Qax İdman Olimpiya Kompleksində təşkil olunub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |