"Azərbaycan futbolunda səhv yöndə istiqamətləndirilən bütöv bir nəsil yetişib" - Gürcü mütəxəssis
Uzun illərdir Azərbaycan futbolu yerində sayır. Hətta 5-6 il öncəyə nisbətə geri də getməyə başlayıb. Yığma komandamız, gənclərimiz hər dəfə zəif rəqiblərə, güclü komandalara böyük hesabla məğlub olduqdan sonra uşaq futbolu, bu sahədə olan problemlər yada düşür. Başqa ölkələr, xüsusən də bizə qonşu olan Gürcüstan nümunə gətirilir. Onların maddi durumlarının ürəkaçan olmamasına baxmayaraq, daim inkişafda olduqları, hər il xeyli sayda futbolçu "ixrac" etdikləri danışılır. Bəs bütün bunlar necə baş verir? Necə olur ki, pulun yerdən qaynadığı" Azərbaycanda bir nəfər də olsun normal futbolçu yetişmir? Nə qədər qəribə də olsa, bu sualla 2004-cü ildən bəri "Dinamo" Tbilisinin akademiyasında çalışan Kaxa Qoqoladzeyə müraciət etdik. Gürcü mütəxəssis söhbətə yığmamızın son oyunundan başladı: "Düzdür Azərbaycanın Slovakiya ilə matçını izləməmişəm, ancaq evdə bu hesabla məğlub olmaq hər şeyi izah edir. Açığını deyim ki, fraqmanetlərə baxdım, Azərbaycan yığması çox zəif təsir bağışladı".
- Sizcə biz geriyə gedirik?
- Belə deməzdim, amma inkişaf da etmirsiz. Tez-tez bizim müxtəlif futbol akademiyalarının komandaları Azərbaycanda sınaq matçları keçirir, turnirlərə qatılır. Deməliyəm ki, bu matçların əksəriyyətində bizim komandalarımız qalib gəlsə də, Azərbaycan klublarının uşaqları da pis təsir bağışlamırlar. Ancaq görürən odur ki, bəzən məşqçilər tərəfindən həddən artıq yaxşı nəticə qazanmaq istəyi uşaqlara düzgün futbol oynamağı öyrətməyin önünə keçir. Bu çox pis və ağrılı məqamdır.
- Bu problemi necə aradan qaldırmaq olar?
- Ümumiyyətlə, əvvəllər həm biz, həm də siz bir məktəbin - sovet futbolunun ümumi sistemindən bəhrələnirdik. Ölkələrimiz müstəqillik qazandıqdan sonra ortaya xeyli çətinliklər çıxdı. Bizlər sovet futbolunun yaxşı ənənələrini qorumaqla, müasir futbolun gətirdiyi yenilikləri öyrənməyə başladıq. Məşqçilərimizi hər iki komponentin ən yaxşı xüsusiyyətlərini tətbiq etməyə sövq etdik. Bu isə iilər sonra öz effektini verdi. Axı biz çox güclü olan sovet məktəbindən tamamilə imtina edə bilməzdik.
- Belə görünür ki, Azərbaycan futbolu həmin prosesdən yan qalıb.
- Bundan xəbərsizəm, ancaq hər kəs bilməlidir ki, yerli futbol məktəbini formalaşdırmaq üçün bu sahədə olan tarixi uğurları, yenilikləri, dəyişiklikləri dərindən öyrənmək mütləqdir.
- Bir müddət öncə Bakıya səfər edən "Saburtalo" FK və Qəbələdə beynəlxalq turnirə qatılan Tiflis "Dinamo"su Gürcüstana qızıl medallarla qayıtdı.
- Uşaq futbolunda nəticə önəm kəsb etməməlidi. Əsas oynanan futboldur. Uşaqlar futbolu düzgün oynamağı öyrənməlidirlər. "Saburtalo"nun çıxış etdiyi yarış barədə məlumatsızam, ancaq bilirəm ki, bu klubda uşaq futbolunun inkişafı üçün çox mühüm işlər görülür. Bizim komandamıza gəldikdə isə iki yaş qrupunda çıxış edən komandamız Qəbələdə ilk dəfə təşkil olunan "Unity Cup" beynəlxalq turnirində mübarizə apardı. Turnir U-11 və U-12 yaş qrupları üzrə keçirildi. Hər iki turnirin qalibi adını Tbilisi "Dinamo"su qazandı. Böyüklərdə "Qəbələ, "Sumqayıt", "Sabah", kiçiklərdə "Leon", "Sabah" və "Qəbələ" iştirak edirdi. Gözəl təşkil edilən bir yarış idi.
- Gəldik bizim futbolun ağrılı yerinə - Azərbaycanda yüksək səviyyəli futbolçu niyə yetişmir?
- Çünki uşaqlıqdan təməl düzgün qoyulmur. Təməl dedikdə, təkcə oyun komponentləri nəzərdə tutulmur. Bura düşüncə, psixologiya, davranış, özünü aparmaq və s. aiddir.
- Bu işləri yoluna qoymaq üçün nə etməliyik?
- Hazırkı çalışma tərzindən imtina etməlisiniz. Klublara, futbol akademiyalarına və məktəblərə xarici mütəxəssislər dəvət olunmalıdı. Onlar uzun müddət yerli məşqçilərə düzgün təməlqoymanı öyrətməlidi. Hazırki çalışma metodlarından imtina etməlisiniz.
- Yəni hər şeyə sıfırdan başlamalıyıq!
- Ayrı yolunuz yoxdur. Yoxsa belə davam edəcək. Artıq Azərbaycan futbolunda səhv yöndə istiqamətləndirilən bütöv bir nəsil yetişib. Tezliklə islahatlar olmasa, daha ağır nəticələrlə üzləşə bilərsiz.
- Belə çıxır ki, bu günə qədər meydanda olanlar düzgün futbol məktəbi keçməyib!
- Xeyr, mən bunu demək istəmirdim. Onların içərisində sovet məşqçilərinin və xarici mütəxəssislərin yetişdirdiyi oyunçular da var. Ancaq bunun kütləvi formada olmasını istəyirsinizsə, mənim dediyimi həyata keçirməyə məcbursunuz.
Söhbətləşdi: Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |